
“Neftçi” “Neftçi”ni darmadağın etdi
Avqustun 4-də "Neftçi”nin əsas və əvəzedici komandaları yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Tərəflər "Türk Hava Yolları Futbol Mərkəzi”ndə qarşılaşıblar. Heyətləri diqqətinizə çatdırırıq.
Əsas komanda: 1. Səlahət Ağayev, 4. Rəşad Eyyubov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 26. Ömər Buludov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Əvəzedicilər: 30. Kamran İbrahimov, 19. Elnur Süleymanov (k), 44. Seymur Əliyev, 58. Xəlil Bəşirov, 65. Xəyal Tomarov, 67. Şöhrət Yusifov, 72. Elgün Uluxanov, 77. Mirkamil Əliyev, 87. Əsgər Hüseynov, 88. İsmayıl Zülfüqarlı, 98. Elcan Hafizli.
Oyun əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 30-cu dəqiqəsində Rəşad Eyyubov, bundan 3 dəqiqə sonra Dario Frederiko, 70-ci dəqiqədə Rəhman Hacıyev, 81-ci dəqiqədə isə Kvame Karikari fərqlənib. Yalnız sona 1 dəqiqə qalmış əvəzedicilər qollardan birinin əvəzini çıxıb. Elvin İmanlı “ikincilər”in təsəlli qolunu vurub.