"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunub. Almaniyada baş tutan əməliyyat uğurlu keçib. Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadı. Həkimin rəyinə görə üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.
Xatırladaq ki, Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Uypeşt”lə cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, diz qapağı cırılmışdı.
Yeri gəlmişkən, paytaxt təmsilçisi ilə bağlı daha bir xəbəri diqqətinizə çatdıraq. Belə ki, “Neftçi”nin rəsmi saytı daha iki domendə fəaliyyət göstərir. Artıq klub haqda məlumat almaq üçün neftchipfk.com-dan başqa, neftchipfk.az və neftchi.az ünvanlarına da daxil olmaq mümkündü.