Artıq klublar növbəti mövsümün planlarını cızır. Qeyd edək ki, 2017/18 mövsümü bitəndən sonra bir sıra klublarda baş məşqçi dəyişikliyi gerçəkləşdi. Komandaların “sükanı arxasına” keçən yeni çalışdırıcıların futbolçu seçimi böyük maraq doğurur. Yay “transfer pəncərəsi”ndən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işləri davam etdirir. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olması da gələnlərin sayına təsir edir. Bir sözlə, premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq.
Qarabağ
Gələnlər: Filip Ozobiç (Qəbələ), Rahil Məmmədov (Səbail), Abdullah Zubir ("Lans", Fransa), Elşən Abdullayev ("Zirə", icarədən qayıdıb), Hannes Halldorsson ("Randers", Danimarka), Simeon Slavçev ("Sportinq", Portuqaliya), Vaqner da Silva ("Muskron", Belçika), Con Delarj ("Bursaspor", Türkiyə), İnnosent Emeqara (“Ermis”, Cənubi Kipr)
Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan, icarə müddəti bitib), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə, icarə müddəti bitib), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Səbail"), Əfran İsmayılov, Arif Daşdəmirov (hər ikisi “Sumqayıt”), Riçard Almeyda ("Astana", Qazaxıstan), İbrahim Şehiç (“Ərzurum Bələdiyəspor”, Türkiyə), Anton Kanibolotski (“Medz”, Polşa), Elvin Yunuszadə
Qəbələ
Gələnlər: Rauf Əliyev (“Kukesi”, Albaniya), Bəhlul Mustafazadə ("Sumqayıt", icarədən qayıdıb), Roman Hüseynov ("Kəpəz", icarədən qayıdıb), Sabien Lilay, Ceyms Adeniyi (hər ikisi "Şkenderbü", Albaniya), Lalavele Atakora ("Adana Dəmirspor", Türkiyə)
Gedənlər: Filip Ozobiç (Qarabağ), Ruslan Qurbanov (Səbail), Elvin Məmmədov (Sumqayıt), Yusif Nəbiyev ("Sumqayıt", icarə), Baqali Dabo (Neftçi), Vitali Vernidub ("Zarya", Ukrayna), Araz Abdullayev ("Panionios", Yunanıstan), Dion Malone
Neftçi
Gələnlər: Tural Axundov, Rəşad Eyyubov (hər ikisi "Sumqayıt"), Dario Federiko (Kəpəz), Slavko Braliç (“Şiroki Briyeq”, Bosniya və Hersoqovina), Baqali Dabo (Qəbələ), Qoran Paratski ("Vellinqton Feniks”, Avstraliya), Kvame Karikari ("Əl Ərəbi”, Qətər), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Sabah”, icarədən qayıdıb)
Gedənlər: İlkin Qırtımov (Zirə), İqnasio Errera ("Seul E-Land", Cənubi Koreya), Derlis Meza Kolli, Rəşad Sadiqov, Elnur Cəfərov, Fransisko Qarsiya, Mayk Kampaz
Zirə
Gələnlər: İlkin Qırtımov (Neftçi), Kamal Mirzəyev (Zirə), Bilal Hamdi, Dilan Duventru (hər ikisi "Alki", Cənubi Kipr), Pərdis Fərcad-Azad (Keşlə), Miloş Radivoyeviç (“Hapoel”, Kiryat Şimona/İsrail)
Gedənlər: Yani Urdinov ("Bohemians", Çexiya, icarə müddəti bitib), Comal Uilyams ("Murselaqos", Meksika, icarə müddəti bitib), Elşən Abdullayev ("Qarabağ", icarə müddəti bitib), Milan Duriç ("Voyvodina", Serbiya), Riçard Qadze ("Voluntari", Rumıniya), Elgün Nəbiyev (Sabah), Yovan Krneta (“Levadiakos”, Yunanıstan), Viktor İbokoyi (“İndi İleven”, ABŞ), Aleksandr Şemonayev, Orxan Əliyev
Sumqayıt
Gələnlər: Əfran İsmayılov, Arif Daşdəmirov (hər ikisi “Qarabağ”), Elvin Məmmədov (Qəbələ), Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev (Kəpəz), Murad Xaçayev (“Şaxtyor”, Donetsk/Ukrayna, icarə), Aleksey İsayev ("Zenit", Rusiya), Dmitri Nağıyev ("Qarabağ", Vyana/Avstriya), Əli Babayev ("Hapoel Raanana", İsrail), Qvanzav Maqomedov (Sabah)
Gedənlər: Bəhlul Mustafazadə ("Qəbələ", icarə müddəti bitib), Fərhad Vəliyev (karyerasını bitirib), Amil Yunanov, Azər Salahlı (hər ikisi “Keşlə”), Vüqar Bəybalayev (Səbail), Tural Axundov, Rəşad Eyyubov (hər ikisi "Neftçi"), Kamal Mirzəyev (Zirə), Cavid İmamverdiyev (Sabah), Elnur Abdullayev
Keşlə
Gələnlər: Azər Salahlı, Amil Yunanov (hər ikisi "Sumqayıt"), Miloş Boşançiç ("Slovan", Çexiya), Bahodir Nasimov ("Buxara", Özbəkistan)
Gedənlər: Məqsəd İsayev (Sabah), Pablo Podio ("Fastav", Çexiya, icarə müddəti bitib), Nemanya Stoyanoviç ("Qarabağ”, Vyana/Avstriya, icarə müddəti bitib), Pərdis Fərcad-Azad (Zirə), Sezar Meza Kolli, Qara Qarayev
Səbail
Gələnlər: Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov (Kəpəz), Ruslan Qurbanov (Qəbələ), Vüqar Bəybalayev (Sumqayıt), Emin Mehdiyev, Seymur Əsədov (hər ikisi “Sabah”, icarədən qayıdıblar), İqor Korotetski (Kəpəz), Kevin Brandon Kubemba ("Bur-an-Bress", Fransa), Enrike Moura ("Deportivo Saprissa", Kosta Rika), Tome Kitanovski ("Slaven Belupo", Xorvatiya)
Gedənlər: Yevgeni Koçuk (“Jilina”, Slovakiya, icarə müddəti bitib), Faruk Miya (“Standard”, Belçika, icarə müddəti bitib), Rahil Məmmədov (Qarabağ), Kərim Diniyev (Sabah), Elman Taqayev, Ayron Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahid Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Vüqar Nadirov, Ruslan Əmircanov
Sabah
Gələnlər: Tərzin Cahangirov (Kəpəz), Məqsəd İsayev (Keşlə), Kərim Diniyev (Səbail), Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov (hamısı “Xəzər”), Filip İvanoviç ("Radnik Surdilitsa", Serbiya), Elşən Abdullayev (Qarabağ), Saşa Stamenkoviç ("Okjetpes", Qazaxıstan), Elvin Bədəlov ("Qarabağ Vyana", Avstriya), Cavid İmamverdiyev (Sumqayıt), Erik Ramos (“Heneral Dias”, Paraqvay), Vitali Kvaşuk (“Neman Qrodno”, Belarus), Elgün Nəbiyev (Zirə), Vanderson Enrike (“Bney Sahin”, İsrail)
Gedənlər: Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Neftçi”, icarə müddəti bitib), Emin Mehtiyev, Seymur Əsədov (hər ikisi “Səbail”, icarə müddəti bitib), Qvanzav Maqomedov (Sumqayıt), Ruzi Qiyaslı, Əziz Quliyev, Elgün Uluxanov, Röyal Əlizadə, Şirməmməd Məmmədov, Elşad Manafov, Eltun Hüseynov, Əli Əliyev, Əmrah Əliyev, İlqar Ələkbərov, Bayram Nuruzadə, Emin Mirzəliyev, Məhəmməd Qurbanov, Məhəmməd Alıyev, Murad İsmayılzadə, Artyom Zabun