PFL-in təqviminə sözardı
Bu dəfə Respublika Günü Avroliqanın finalına qurban verilib
Qəzetimizin ötən sayında futbol üzrə ölkə çempionatının 2018/19 mövsümünün təqvimini dərc etmişdik. Xatırladaq ki, premyer-liqa avqustun 10-da “Qarabağ” – “Zirə” oyunu ilə start götürəcək. Marafonun son turu isə mayın 11-nə planlaşdırılıb. Kubokdakı mübarizə ilin sonunda başlayacaq. “İkinci cəbhə” dekabrın 6-da “açılacaq” və mayın 19-da keçiriləcək final oyunu ilə yarışın qalibi bəlli olacaq. Artıq təqvim bilindiyindən ötən mövsümlə müqayisəli şəkildə bəzi məqamlara nəzər salmaq olar.
Başlayaq elə kubokun finalından. Məlum olduğu kimi, ötən “futbol ili”ndə həlledici görüş mayın 28-də baş tutdu. Cümhuriyyətin yaranmasının 100 illiyində PFL-in belə bir addım atmasını müsbət məqam kimi dəyərləndirmişdik. Başqa sözlə, təşkilatçı qurum bayrama bayram qatmış oldu. Lakin qarşıdakı mövsüm eyni hal təkrarlanmayacaq. Buna görə PFL-i qınamaq isə mənasızdı. Çünki finalın mayın 28-nə salınmamasının səbəbi məlumdu. Belə ki, gələn il Avropa Liqasının finalı Bakıda keçiriləcək və həmin qarşılaşma mayın 29-da Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. Təbii, qitənin ikinci dərəcəli klub turnirinin həlledici matçında hansı ajiotajın yaşanacağını təsəvvür etmək çətin deyil. Bu isə o deməkdi ki, bütün futbol camiəsi həmin qarşılaşmaya köklənəcək, təşkilati məsələləır həddən artıq çox olacaq. Bu üzdən PFL-in kubokun finalını Avroliqanın həlledici matçından 10 gün erkən keçirməsi anlaşılandı.
Ötən mövsümlə müqayisədə bu dəfə qış fasiləsi daha qısa sürəcək. Xatırladaq ki, 2017/18 “futbol ili”ndə çempionatın ilk yarısının son turu dekabrın 2-3-də, kubokun 1/4 final mərhələsinin cavab oyunları isə həmin ayın 14-15-də keçirilmişdi. Premyer-liqanın 3-cü dövrəsinə də fevralın 10-da start verilmişdi. Bu isə o deməkdi ki, qış fasiləsi 57 gün sürdü. Təxminən 2 aylıq qış fasiləsinin komandalara necə mənfi təsir etdiyini də bir neçə dəfə qeyd etmişdik. Qarşıdakı mövsümdə isə premyer-liqanın 14-cü turunun oyunları dekabrın 19-da, kubokun 1/4 finalının cavab görüşləri həmin ayın 19-20-də baş tutacaq. Çempionatın 3-cü dövrəsinə isə fevralın 2-də start veriləcək. Deməli, bu mövsüm qış fasiləsi 43 gün sürəcək. Bu, ötən mövsümlə müqayisədə 14 gün qısalma deməkdi. Təbii, az öncə qeyd etdiyimiz kimi, dövrələrarası fasilənin ötən mövsümdəkindən təxminən yarım ay az olması klubları sevindirməlidi. Çünki futbolçuların tonusda qalması baxımından fasilənin çox da böyük olmaması önəmli məqamdı.
Artıq avrokuboklarda yalnız bir təmsilçimiz qalıb. Deməli, beynəlxalq oyunlara görə təqvimdə ciddi yerdəyişmələr olmayacaq. PFL isə təqvimdəki xüsusi qeyddə “Qarabağ”ı nəzərə alacağını vurğulayıb. Yadınızdadısa, ötən mövsüm “köhlən atlar”ın “Səbail”lə ilk dövrədəki oyunu təxirə salınmış və dekabrda keçirilmişdi. Ancaq təşkilatçı qurum Ağdam təmsilçisinin oyunlarının vaxtını tur çərçivəsində dəyişmək hüququna malik olduğunu qeyd edib. Lakin o da bəllidi ki, sabah “Qarabağ” hansısa oyununun, ümumiyyətlə, təxirə düşməsini istəyərsə, PFL kluba “yox” deməyəcək. Yeri gəlmişkən, ötən sayımızda stadion problemini də qabartmışdıq. Məlum olduğu kimi, çempionatın əvvəlində “Zirə”, “Neftçi” və “Sumqayıt” təmir işləri ilə bağlı doğma arenada oynamayacaq. Bu isə ev-səfər oyunları ilə bağlı yerdəyişmələrin qaçılmaz olacağından xəbər verir. Yəni açıqlanan təqvimdə bir sıra dəyişikliklərin baş verəcəyi şübhə doğurmur.
Sonda yığma amilinə də toxunaq. Milliyə görə çempionatda Berti Foqtsun dönəmindən başlayan və Robert Prosineçkinin də vaxtında davam edən fasilələrə bu gün də son qoyulmayıb. Payızda isə yığmanı olduqca önəmli sınaq – Millətlər Liqasında mübarizə gözləyir. Əlbəttə, həmin yarışda uğur qazanmaq üçün futbol rəhbərliyi əlindən gələni edəcək. Yəni lazım gəlsə, oyunlar ərəfəsində turlar sürüşdürülə də bilər. Ümumiyyətlə, yığma ilə bağlı məsələyə toxunduqsa, PFL prezidenti Ramin Musayevin fikirlərini xatırlamaq kifayətdi: “Bu il millinin oyunlarına görə premyer-liqada ümumilikdə 2 ay fasilə olacaq. Qurban Qurbanovla söhbətimiz olub. Elə bir ciddi tələbləri yoxdu. Maksimum birhəftəlik fasilələr olacaq. Təki nəticə olsun. Çempionat da milliyə görə keçirilir”.
FARİZ

Son xəbərlər

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Kapitan "Ferentsvaroş"la cavab oyununu da buraxacaq

Bütün xəbərlər