Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq siyahısını açıqlayıb. Elxan Məmmədov (100 kq) mövqeyini yaxşılaşdırıb. Dünya çempionu bir pillə irəliləməklə 6-cı yerə qalxıb. Qadınlardan ibarət millimizin lideri İrina Kindzerska (+78 kq) da bir rəqibini qabaqlayaraq, 6-cı pilləyə yüksəlib. Digər aparıcı yığma üzvlərinin mövqeyində dəyişiklik olmayıb. Orxan Səfərov (60 kq) 15-ci, Nicat Şıxəlizadə (66 kq) 20-ci, Rüstəm Orucov (73 kq) 2-ci, Hidayət Heydərov (73 kq) 3-cü, Məmmədəli Mehdiyev (90 kq) 10-cu, Zelim Kotsoyev (100 kq) isə 19-cu sırada yer alıb. Yalnız Elmar Qasımov (100 kq) bir həmkarını irəli buraxmaqla 12-ci yerə enib.