Mahmud Qurbanov “Neftçi”dən razıdı
“Əvəzedicilərin öz çempionatı olsaydı, daha yaxşı olardı”
“Neftçi”nin əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına müsahibə verib. O, yeni mövsümə hazırlığı dəyərləndirib, komandanın hədəflərindən danışıb. Bu yay əvəzedicilərin “sükanı arxasına” keçən Qurbanovun fikirlərini qısaca diqqətinizə çatdıraq: “Hazırlığa bir aydı başlamışıq. Əvvəlcə seleksiya oldu, sonra isə yeni mövsümün məşqlərinə start verdik. Gündə iki dəfə məşq edirik. Təlim-məşq toplanışı istədiyimiz kimi davam edir. Sınaq matçlarında həm qalib gəlmişik, həm də uduzmuşuq. Heç-heçə etdiyimiz də olub. Nəticədən asılı olmayaraq, yoxlama oyunları faydalıdı. Təlim-məşq toplanışı ərzində nə qədər çox belə görüş keçirsək, bir o qədər yaxşıdı. Avqustun 1-də daha bir yoxlama oyununa çıxacağıq. Bu mənada da toplanışın gedişindən razıyam. Futbolçuların məşqə yanaşmasıı da məni qane edir. Həvəslidilər. Bacardıqları qədər çalışırlar. Komandaya gənc və perspektiv vəd edən bir neçə futbolçu cəlb etmişik. Bununla belə, yenə axtarışdayıq. Yeni mövsümdə bizə kömək edə biləcək daha bir neçə futbolçu tapmaq istəyirik”.
Qurbanov yeni mövsümdən əvəzedicilərin 1-ci divizionda mübarizə aparması ilə bağlı bunları deyib: “Açığı, əvəzedicilərin öz çempionatı olsaydı, daha yaxşı olardı. Amma qərar belədi və bununla razılaşıb, çempionata hazırlaşırıq. Təbii, ən böyük hədəf əsas komandaya futbolçu, şəxsiyyət yetişdirməkdi. Bununla belə, həm də "Neftçi”nin adına layiq çıxış etməliyik. Çünki "Neftçi” Azərbaycan futbolunun adət-ənənələrinə malik olan köklü komandamızdı. Çalışacağıq ki, bu komandanın əvəzedicilərinin futbolçuları da, nəticələri də yaxşı olsun. Ən böyük hədəf əsas komandaya futbolçu yetişdirmək olsa da, azarkeşlər əvəzedicilərdən həm də uğurlu nəticələr gözləyəcək. Əlbəttə, belə də olmalıdı. Ümumiyyətlə, azarkeşsiz futbol olmur. Azarkeşlər əvəzedicilərin oyunlarına gəlsələr, çox şad olardıq. Futbolçular da azarkeşləri tribunalarda görsələr, bu onlar üçün stimul olar, daha çox məsuliyyət hiss edərlər”.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər