Dünən Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atıldı. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edirdi. Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli oldu. Belə ki, ağdamlılar 2-ci mərhələdə “Kukesi”ni keçərsə, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)
“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi - “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi - “Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi - “Ludoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
Liqa yolu
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi - “Standart” (Belçika)
“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)
“Slaviya” (Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)
“Bazel” (İsveçrə) cütünün qalibi - “Spartak” (Moskva, Rusiya) - PAOK (Yunanıstan).
3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.
HƏBİB