Moskvada təşkil olunan çimərlik futbolu üzrə Avropa Liqasının 3-cü mərhələsinə yekun vurulub. Millimizin ilk turda meydan sahibi Rusiyaya 3:8 uduzduğunu xəbər vermişdik. Zeynal Zeynalovun komandası şənbə günü növbəti oyunda İsveçrə ilə qarşılaşıb və skandinaviyalılar önündə də darmadağına məruz qalıb – 2:6. Komandamızın qollarını Amid Nəzərov və Orxan Məmmədov vurub. Yığma bazar günü turnirdə son oyununu Polşaya qarşı keçirib və nəhayət, 9:6 hesabıyla qələbə qazanıb. Millinin heyətində Rüfət Məmmədov 4, İlkin Hacıyev 3, Sabir Allahquliyev 2 qol vurub.
A divizionunda Rusiya qrup birincisi olub. Polşa, Azərbaycan və İsveçrə isə hərəyə 3 xal toplayıb. Millimiz Avropa Liqasınının qrup mərhələsini 3-cü sırada bitirib və böyük ölçüdə A divizionunda yerini qoruyacaq. Qaydalara görə, A divizionunda 8 komanda yer alır və hər il bir iştirakçı B-yə yuvarlanır. Hər ölkə il ərzində iki turnirdə çıxış edir. İki il əvvəl yüksək diviziona adlayan komandamızın aşağı yuvarlanmaması üçün Almaniyayla Fransadan birinin Minskdə və sonuncuların meydanında baş tutacaq yarışda iki qələbə qazanmaması lazım gəlir. Axı milli son iki turnirdə 2 qələbə əldə edib. Əks halda, top fərqi nəzərə alınacaq və daha zəif göstəriciyə malik ölkə B divizionuna yuvarlanacaq.