Aqollinin anası oğlunu görəcəyi üçün xoşbəxtdi
"Qarabağ"ın albaniyalı müdafiəsiçi Ansi Aqolli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Kukesi"ylə oyunlar ərəfəsində ölkəsinin mətbuatına danışıb. 36 yaşlı təcrübəli futbolçu vətəninə təxminən 10 ildən sonra klub səviyyəsində turnirdə oynamaq üçün qayıdacağını bildirib.
Aqollinin fikrincə, bu mərhələdə asan komanda yoxdu: "Kukesi”nin gücünə bələdəm. Çempionlar Liqasının təsnifat mərhələsi oyunları fərqli bir xüsusiyyətə malikdi. Ora milli çempionat oyunları kimi deyil. Hər iki oyunda - 180 dəqiqə maksimum diqqətli olmalısan ki, mümkün qədər az səhv edəsən. "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı. Üç il əvvəl bu turnirdə etdiklərini xatırlayıram. Həmin vaxt pley-offa yüksəlmişdilər".
Albaniya yığmasının üzvü vətəninə səfər ərəfəsində ölkəsindən, demək olar, keç kimlə danışmayıb: "Əlaqə saxladığım yalnız anamdı. Hansı ki, Albaniyaya gedəcəyim üçün çox xoşbəxtdi".
HƏBİB