Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü iyulun 23-də atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbirə qatılacaq 22 komanda müəyyənləşib. Bu klublardan ikisi tək, digərləri 10 cüt kimi püşkatmada iştirak edəcək. İkinci təsnifat mərhələsi başlamadan baş tutacaq püşkatmaya həmin raundun cütləri qatılacaq. “Qarabağ” - “Kukesi” cütü də həmin gün mümkün rəqibini tanıyacaq. Artıq indidən bəllidi ki, bu cüt “səpələnmişlər” səbətində yer alacaq. “Qarabağ” və “Kukesi”yə 5 cütün qalibi və rəqibini gözləyən tək komanda, yəni 11 klubdan biri rəqib ola bilər. Qeyd edək ki, “Qarabağ”ın “Kukesi” ilə ilk oyunu iyulun 25-də, cavab görüşü avqustun 1-də baş tutacaq.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Səpələnmişlər
Zalsburq (Avstriya)
Ludoqorets (Bolqarıstan) – Videoton (Macarıstan) cütünün qalibi
Seltik (Şotlandiya) - Rusenborq (Norveç) cütünün qalibi
Legiya (Polşa) – Spartak (Slovakiya) cütünün qalibi
Astana (Qazaxıstan) – Midtyullann (Danimarka) cütünün qalibi
QARABAĞ – Kukesi (Albaniya) cütünün qalibi
Səpələnməmişlər
BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
Dinamo (Xorvatiya) – Hapoel (Beer-Şeva, İsrail) cütünün qalibi
Şerif (Moldova) – Şkendiya (Makedoniya) cütünün qalibi
Malmö (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
Srvena Zvezda (Serbiya) – Suduva (Litva) cütünün qalibi
AEK (Yunanıstan)