Millimiz Avropa çempionu oldu

27.06.2025 12:55 164
İdman
İtaliyada təşkil olunan U15 Avropa çempionatında sərbəst güləş yarışı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, millimiz 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq ikinci dəfə çempion olub.

161 xal toplayan yığmamız xalların sayına görə öz rekordunu yeniləyib. Buna qədər ən yüksək xal göstəricisi 2023-cü ildə qeydə alınmış və komandamız 145 xalla 2-ci yeri tutmuşdu. Azərbaycan bu yarışda 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. Ukrayna 91 xalla üçüncü yeri tutub.

Qey edək ki, millimizin heyətin Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq), Məhəmməd Həsənli (62 kq) gümüş, Xəyal Şükürlü (68 kq) isə bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul