Xəbər verdiyimiz kimi, “Sabah” təlim-məşq toplanışının Bakı mərhələsini başa vurub. Elitanın debütantı dünəndən premyer-liqa hazırlığının sonuncu – Türkiyə mərhələsinə start verib. Səhər saatlarında İstanbula təyyarəylə yollanan “göy-ağlar” ordan da avtobusla Boluya hərəkət edib. Baş məşqçi Elşad Əhmədov komandanı axşam məşqinə çıxarmağa da imkan tapıb.
Xatırladaq ki, “Sabah” iyulun 29-dək qardaş ölkədə qalacaq. Bu müddət ərzində Bakı klubu 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblərdən ikisi məlumdu. Əhmədovun komandası sabah Türkiyənin 1-ci divizionunda çıxış edən “Girəsunspor”la münasibətləri aydınlaşdıracaq. “Sabah” toplanışa iyulun 28-də superliqa iştirakçısı “Alanyaspor”la keçirəcəyi matçla yekun vuracaq. Ayın 21-i və 25-i üçün nəzərdə tutulan qarşılaşmalar üçün rəqib axtarışı davam edir.
SƏRXAN