“Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib
“Neftçi”ni dəstəkləyəcək azarkeşlərin sayı artır
“Keşlə”nin Avroliqanın 1-ci təsnifat mərhələsində Malta təmsilçisinə boyun əyməsi hər kəs üçün gözlənilməz oldu. Ölkə kubokuna sahib çıxan, Yuri Maksimovun gəlişindən sonra uğurlu nəticələrə imza atan bakılıların “Baltsan”a 1:4 hesabıyla məğlub olacağını heç kim ağlından keçirmirdi. Ən pis halda heç-heçə gözlənilirdi ki, bu da baş vermədi. Halbuki “Keşlə” heyətini böyük ölçüdə qoruyub saxlamış, üstəlik bir neçə futbolçunu rənglərinə bağlamışdı. Bakıdakı oyunda rəqibin müdafiə olunacağı sirr deyil. Və belədə azı 3 cavabsız top vurmaq çətin görünür.
Maltada “Keşlə” tək deyildi. Tribunada 10-a yaxın azarkeş “qırmızılar”ı irəli səsləyir, son dəqiqələrə kimi dəstəyini əsirgəmirdilər. Həmin tərəfdarların əyləşdiyi tribunanın məhəccərindən “Milli dəstə”yə aid futbolkanın asıldığını görəndə, vəziyyəti anlamaq çətin olmadı. Bəli, həmin fanatlar məhz “dəstə”nin xətti ilə stadiona təşrif buyuranlar idi. Maraqlıdı, ümumi sayları nə qədər idi? Oyundan sonra futbolçularla görüşə biliblərmi? Ağır yenilginin səbəbini nədə görürlər?
Sualları “Milli dəstə”nin rəhbəri Şamil Mustafayevə ünvanladıq: “Düzdü, həmin oyunu stadionda canlı izləməsəm də, bütün məlumatlara sahibəm. Çünki orda qrupumuzun fəallarından sayılan Nemət iştirak edirdi və lazım olan bilgiləri ondan alırdım. Bizimkilərin sayı 10 nəfər olub. “Keşlə”ni 4 nəfər xanım, 3 nəfər azərbaycanlı və daha 3 nəfər əcnəbi vətəndaş dəstəkləyib. Aralarında daha çox Nemət fəallıq nümayiş etdirib. Oyunu internet vasitəsilə canlı izləyənlər Nemətin səsini eşitməmiş olmaz. Matçın gedişində Nemət bir neçə dəfə Kamran Ağayevə sərt iradlarını bildirib. Gördüyünüz kimi, buraxılan qollarda Kamranın ciddi səhvləri var idi. Halbuki yığma üzvü belə anlarda diqqətli olmalı, oyunu ilə komandanı arxasınca aparmalıdı. Hesab arasındakı fərqin böyük olmasına baxmayaraq, uşaqlar son saniyələrə qədər komandanı dəstəkləyiblər. Qarşılaşma başa çatandan sonra azarkeşlər üzülsələr də, bunu futbolçularla görüşdə biruzə verməyiblər. Əksinə, avtobus stadionu tərk edəndə futbolçulara dəstək olublar, növbəti görüşdə uğurlar arzulayıblar. Oyundan sonra mən də öz növbəmdə təşkilatçılıq və bilet məsələsiylə bağlı “Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədova təşəkkürümü bildirdim. Nədənsə bu oyun mənə ötənilki “Fola” ilə qarşılaşmanı xatırlatdı. Üstün tərəf “Keşlə” olsa da, mərhələni rəqib keçmişdi. Mənə elə gəlir ki, bəzən bu komandada nələrsə baş verir və futbolçularda istək çatmır”.
Bir həftə əvvəl Şamil Mustafayev qəzetimizə verdiyi açıqlamada “Milli dəstə” üzvlərinin digər komandalarımızın səfər oyunları zamanı da tribunada olacağını demişdi. “Neftçi”ni Macarıstanda 40-a, “Qəbələ”ni Lüksemburqda 20-yə yaxın tərəfdarın dəstəkləyəcəyini demişdi. Qrupun rəhbəri ilə söhbətdə bu məsələylə bağlı son məlumatları almağa çalışdıq: “Hazırda bu yöndə işlər gedir. Bu işdə böyük təcrübəyə sahib 5 nəfər tribuna uşağı tapmışıq. Hansı ki, vaxtilə “Forza Neftçi”nin, “Sektor 11”in, hətta “Milli dəstə”nin sıralarında olublar, lakin indi xaricdə təhsil alırlar. Macarıstanda 40-a yaxın azarkeşin olacağını demişdim. Lakin indi baxıram ki, say 60-a yaxın olacaq. Çünki müraciət edənlər çoxdu. Lüksemburqa özüm səfər edəcəm. Lakin hələ hansısa yenilik yoxdu. Qeydiyyata başlamışıq və iyulun 16-na kimi vaxt vermişik. Yalnız ayın 17-də neçə nəfərin olacağını dəqiq biləcəm. Lüksemburqda yaşayan azərbaycanlıların sayı çox azdı. Orda tələbələr yoxdu, sadəcə, yaşayan həmyerlilərimiz var. Budapeştdə isə tələbələr çoxdu. Üstəlik, Polşa və Almaniyadan gələnlərin olacağı gözlənilir”.
HƏBİB

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər