Sizin reklam burada

U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi

Title
U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi
Növbədə “Qəbələ”nin əvəzediciləridi
19 yaşadək futbolçulardan ibarət yığmanın Bakıda təlim-məşq toplanışında olduğunu xəbər vermişdik. Vüqar Məmmədin rəhbərlik etdiyi komanda şənbə günü hazırlıq prosesi çərçivəsində yoxlama oyununda gücünü sınayıb. U-19 Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada "Keşlə”nin əvəzedicilərdən ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun yığmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub.
Vüqar Məmmədin yetirmələri bununla kifayətlənməyəcək. Belə ki, U-19 daha bir yoxlama oyununda gücünü sınayacaq. Bu qarşılaşma iyulun 18-nə planlaşdırılıb. Rəqib isə digər premyer-liqa təmsilçisi “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası olacaq. Bu oyun da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 18.30-da səsləndiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.