Serbiyada şahmat üzrə “Paraçin Open” festivalına yekun vurulub. A turnirində ölkəmizi iki şahmatçı təmsil edib. Vüqar Əsədli (2478) 6,5 xalla 8-ci yeri tutubsa, ondan 1 xal geri qalan son ölkə çempionu Abdulla Qədimbəyli (2420) 25-ci pillədə qərarlaşıb. Hesabına 7,5 xal yazan Castin Tan (Avstraliya, 2481) turnirin qalibi olub. Ondan 0,5 xal geri qalan şahmatçılardan Denis Kadriç (Bosniya və Hersoqovina, 2522) ikinci, Şahin Lorparizangeneh (İran, 2493) isə üçüncü yeri tutub. Qeyd edək ki, bu yarışda 2500 reytinqini geridə qoyan Əsədli qrossmeyster normativini doldurub.
Qədir Hüseynov (2654) isə İspaniyada fərqlənib. Barbere-Del-Valyes şəhərində keçirilən turnirdə 7,5 xal yığan milli üzvü 1-ci yeri tutub.