Gənclərdən ibarət milli komandamızın futbolçusu Ozancan Kökcü Türkiyədə başqa klubun şərəfini qoruya bilər. Hər halda, qardaş ölkə mətbuatı bunu iddia edir. Həmkarlarımızın yazdıqlarına inansaq, “Bursaspor”un yarımmüdafiəçisini “Kayserispor” heyətində görmək istəyir. Məsələ burasındadı ki, gənc oyunçunun müqavilə ilə məxsus olduğu Bursa təmsilçisində qalıb-qalmayacağı bəlli deyil. Ötən mövsümü icarə əsasında “Velveyk”də keçirən Özancan ilə bağlı yekun qərarı “Bursaspor”un baş məşqçisi Samet Aybaba verəcək. Təcrübəli mütəxəssis 20 yaşlı futbolçunu bir neçə yoxlama görüşündə sınamaq fikrindədi. “Kayserispor”un baş məşqçisi Ərtuğrul Sağlam isə yığmamızın üzvünü sərəncamında görməkdə maraqlıdı. Superliqa təmsilçisi danışıqlara başlamaq üçün Aybabanın qərarını gözləyir.
Qeyd edək ki, Ozancan Kökcünün “Bursaspor”la müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdi.