Sizin reklam burada

Şalland Kosovoya güvənir

Title
Şalland Kosovoya güvənir
“Hədəfə çatmaq fədakarlıq, zəhmət tələb edir”
Kosovo yığmasının baş məşqçisi Bernar Şalland bu ölkənin Futbol Federasiyasının rəsmi saytına danışıb. 67 yaşlı mütəxəssis Millətlər Liqası ilə bağlı fikirlərini bölüşüb.
Şalland rəqiblərə hörmətlə yanaşdıqlarını deyib: “Üç yoldaşlıq görüşü keçirdik və hamısında müsbət nəticə əldə etdik. Komandamın daha çox şey bacardığını gördüm. Düzdü, bütün oyunçuları izləyə bilmədim. Valon Berişa zədəli idi. Ümid edirəm ki, başqalarını da tezliklə iş başında görəcəyik. Millətlər Liqasındakı rəqiblərimizin zəif olduğunu düşünmürəm. Əlbəttə, çoxlu problemlərlə üzləşəcəyik. Ancaq futbolçularıma güvənirəm və müsbət nəticələr qazanacağımıza inanıram. Beynimdə seçmə mərhələdəki Kosovonu formalaşdırmışam. Ancaq digər tərəfdən, daha güclü komanda olmaq üçün çox çalışmalıyıq. Ayağımızı yerə möhkəm çırpmalı, Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik. Hədəfə çatmaq fədakarlıq, zəhmət tələb edir. Mənim və məşqçilər heyətinin işi gələcək üçün güclü nəsil hazırlamaqdı. U-19 və U-21 yığmalarının baş məşqçiləri ilə müntəzəm əlaqədəyəm. Çünki ortada Kosovonun gələcəyi var”.
Qeyd edək ki, Millətlər Liqasının D liqasında Azərbaycan, Farer adaları və Malta ilə eyni qrupda yer alan Kosovo ilk oyununu sentyabrın 7-də Bakıda millimizə qarşı keçirəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.