
Premyer-liqa
858
13.07.2018, 18:15
“Səbail” Korotetskini açıqladı
“Səbal” növbəti transferini reallaşdırıb. Klub ukraynalı legioner İqor Korotetskinin keçidini rəsmiləşdirib. Qəsəbə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.
İqor Korotetski “Səbail”in yay fasiləsində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov (Kəpəz), Vüqar Bəybalayev (Sumqayıt) və Ruslan Qurbanovu (Qəbələ) transfer edib, Fəhmin Muradbəylini (Neftçi) isə icarəyə götürüb.