“Milli Dəstə” “Qarabağ”ı dəstəkləməyəcək
“Atletiko” ilə səfər matçından sonra komandanı boykot etmişik”
Yığmaların və klubların səfər oyunları deyəndə, ilk ağıla gələn “Milli Dəstə” olur. İki ildi təmsilçilərimizi Avropada tək qoymayan “dəstəçilər” yayın gəlişiylə yenə gündəmdədi. Bu dəfə onlar Çempionlar Liqası və Avroliqada iştirak edəcək Azərbaycan klublarına dəstək verəcək, bununla da bizim görmədiklərimizi görmək imkanı qazanacaqlar.
Əldə etdiyimiz məlumata görə, hazırda səfər oyunları ilə bağlı ciddi işlər aparılır. “Milli Dəstə”nin müxtəlif ölkələrdə yaşayan üzvləri təbliğat işləriylə məşğul olur, tribunalarda daha çox həmyerlimizin olmasına çalışırlar. Bu, sadəcə, yaxın ətrafdan eşitdiklərimizdi.
Daha geniş məlumata sahib olmaq üçün azad azarkeş qrupunun Hollandiyada yaşayan rəhbəri Şamil Mustafayevlə əlaqə saxladıq: “Milli Dəstə” olaraq, ilk dəfə eyni mərhələdə Avroliqada iştirak edən təmsilçilərimizin üçünü də stadionda dəstəkləyəcəyik. Qrupumuzun Orxan adlı üzvü Budapeştdəki matça gedib, yaxın ətrafı ilə birgə “Neftçi”ni dəstəkləyəcək. Hazırda azarkeşlərin cəlb olunması ilə bağlı işlər gedir. Artıq “Neftçi” rəsmiləriylə biletlərin əldə olunmasıyla bağlı razılıq əldə etmişik. Macarıstandakı qarşılaşmada təxminən 40-a yaxın tərəfdarımız olacaq. Lüksemburqa özüm gedəcəm. Bununla bağlı “Qəbələ” rəsmiləriylə söhbətim olub və bilet məsələsində heç bir problem olmayacaq. Lüksemburqda yaşayan futbolsevərlərlə danışmışam, sağlıq olsun, oyun günü stadionda olacaqlar. Sayları 20-dən çox olacaq ki, az olmayacaq. Maltada yaşayanlardan isə 11 nəfər bizə müraciət edib. Bu gün “Keşlə” rəsmiləri ilə danışdıq, onlar da çətinliyin olmayacağını dedilər. Əsas odu ki, klublar xəbərdardı. İnşallah, iyulun 12-si və 19-da təmsilçilərimizə lazım olan dəstəyi verəcəyik”.
Avroliqa iştirakçılarından ağızdolusu danışan Şamil Mustafayevin “Qarabağ”ın adını çəkməməsi olduqca maraqlı məqamdı. Halbuki avrokubok mübarizəsinə digərlərindən əvvəl məhz Ağdam təmsilçisi start verəcək. “Milli Dəstə”nin rəhbəri “Qarabağ”ı boykot etdiklərini bildirdi: “Xeyr, “Olimpiya” – “Qarabağ” görüşündə qrup üzvlərimizdən heç kim təmsilçimizi dəstəkləməyəcək. Bu da səbəbsiz deyil. “Atletiko” ilə səfər matçından sonra komandanı boykot etmişik. Daha öncə də bildirmişdik, rəhbərliklə aramızda müəyyən məsələlərlə bağlı narazılıq yaranmışdı. Üstündən xeyli vaxt keçsə də, narazılıqlarımıza heç bir cavab verilmədi. Daha doğrusu, bizi qane edən cavab almadıq. Odu ki, “Qarabağ”ı boykot qərarımız davam edir. Nə qədər sürəcək? Bu, klubdan asılıdı”.
HƏBİB

Son xəbərlər

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

"Neftçi"də ciddi itki

"Neftçi"nin potensial rəqibi müəyyənləşdi

"Yuventus"da yeni anlaşma

Navas "Napoli" yolunda

Bütün xəbərlər