“Zirə" ailə problemlərini əsas gətirərək, yeni mövsümün hazırlığı üçün düşərgəyə qayıtmayan Jozef Bumla bağlı qərar verib. Belə ki, “qartallar” onun ayrılmasına problem yaratmayacaq. Klub rəhbərliyi müqavilə müddəti davam edən müdafiəçi ilə bağlı FİFA-ya şikayət etməyi düşünsə də, sonradan qərarını dəyişib. Belə ki, futbolçu ilə klub rəhbərliyi arasında danışıqlar baş tutub və razılıq əldə olunub. Razılığa əsasən “Zirə” kamerunlu müdafiəçiyə azad agent statusu verəcək. Ancaq bunun üçün Bumun xidmətində maraqlı olan klub lazım olan vəsaiti “Zirə”yə ödəməlidi.
Yeri gəlmişkən, qəsəbə təmsilçisinin Türkiyədəki daha bir rəqibinin adı bəlli olub. Belə ki, Ayxan Abbasovun komandası iyulun 23-də "Əskişəhərspor"la qarşılaşacaq.
FARİZ