• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sumqayıt" Bayılda 8-ə yüksəldi, Vurğun Hüseynov üzr istədi - REPORTAJ

Ölkə futbolu / Reportaj

1-06-2025, 16:0

Səbail - Sumqayıt 1:4 (1:1)
1. Hüseynəli Quliyev - 5,0
96. İlkin Muradov - 5,0
(83. Nihad Quliyev, 46) - 5,0
11. Rüfət Abdullazadə (k) - 6,0
(18. Süleyman Əhmədov, 73) - 5,0
19. Samir Abdullayev - 5,0
(21. Ayman Bouali, 63) - 5,0
16. Emin Rüstəmov - 5,0
67. Rəvan Abasov - 5,0
97. Oruc Məmmədov - 5,0
(8. Qorka Larusea, 73) - 5,0
88. Hacıəli Şirəliyev - 5,0
(89. Ömər Qurbanov, 63) - 5,0
44. Amir Bilali - 5,5
4. Marko Nikoliç - 5,5
14. Suleyman Alluş - 6,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
22. Mirabdulla Abbasov
20. Mərt Çəlik
3. Dmitri Litvin
5. Gitay Sofir
Baş məşqçi: Əbdülqəni Nurməmmədov
Komandanın ən yaxşısı: Suleyman Alluş

36. Xəyal Fərzullayev - 5,5
2. Sərtan Taşkın - 6,5
(14. Elvin Bədəlov, 60) - 5,5
17. Murad Xaçayev (k) - 5,5
8. Səbuhi Abdullazadə - 5,5
21. Nihat Əhmədzadə - 5,0
(23. Ronaldo Vaskes, 67) - 7,0
24. Sənan Muradlı - 6,0
75. Nadir Orucov - 5,0
(97. Vüsal Paşayev, 85) - qiymətsiz
12. Georgi Karaişvili - 6,5
99. Silvanus Nimeli - 5,5
(9. Bobir Abdixolikov, 67) - 6,0
5. Alan Dias - 5,5
77. Cəsurbek Cəloliddinov - 5,5
(19. Roy Kehat, 67) - 6,5
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
56. Aftandil Arixov
7. Rövlan Muradov
30. Kamran Quliyev
20. Ayxan Süleymanlı
66. Ruslan Əliyev
11. Momo Yansane
Məşqçi: Şahin Abdullayev
Komandanın ən yaxşısı: Ronaldo Vaskes

Qollar: S.Alluş, 21 (1:0, R.Abdullazadə). S.Taşkın, 28 (1:1). G.Karaişvili, 58-p. (1:2). R.Vaskes, 79 (1:3, B.Abdixolikov). R.Kehat, 90+1 (1:4, S.Muradlı).
Vərəqələr: C.Cəloliddinov, 9 (qeyri-idman hərəkəti). İ.Muradov, 26 (qeyri-idman hərəkəti). N.Orucov, 48 (qeyri-idman hərəkəti). G.Karaişvili, 58 (qeyri-idman hərəkəti). M.Nikoliç, 83 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov (Bakı).
23 may. Bakı. “ASCO Arena”. 150 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Əslində hansısa ciddi turnir hədəfi qalmayan komandaların daha fərqli oyun tərzinə üstünlük verəcəyi gözlənilirdi. Ancaq "Sumqayıt"ın mövsümü 8-ci pillədə başa vurmaq ehtimalı, "Səbail"in "doğma divarlar" arasında premyer-liqa ilə vidalaşdığı qarşılaşmada layiqli oyun göstərmək istəyi hadisələrin axarına təsirsiz ötüşmədi.

Odu ki, mövsümün son turunun ilk matçının gözləniləndən maraqlı keçdiyini etiraf edə bilərik. Əlbəttə, bunda "dənizçilər"in yetərincə istəkli çıxışının böyük payı oldu. Əslində hələ 6-cı dəqiqədə hesab açıla bilərdi. Ancaq Alluşun uzaq məsafədən endirdiyi zərbədə dəqiqlik çatmadı. Lakin niderlandlı yarımmüdafiəçi çox keçmədən "günahını yudu". Daha dəqiqi, 21-ci dəqiqədə Rüfətin sağ cinahdan göndərdiyi topu ustalıqla qəbul edəndən sonra Sərtan, Nadir və Diasın arasından sıyrılaraq qapıya yol tapdı. Amma “dənizçilər”in hesabda üstünlüyü o qədər uzun sürmədi. "Sumqayıt" cəmi 7 dəqiqə sonra hesaba tarazlıq gətirməklə böyükhesablı qələbə üçün zəmin hazırladı - Cəsurbekin yerinə yetirdiyi cərimə zərbəsi Hüseynəliyə tuş gəlsə də, Sərtan topun meydanda qalmasından yararlanıb rəqibi cəzalandırdı.

Birinci hissə üçün qeyd olunası epizodların bununla tükəndiyini deməliyik. Ona görə ki, komandalar qalan vaxtda nəinki "dişə vurulası" hücum qurdu, heç rəqibin cərimə meydançasında görünməkdə də istək nümayiş etdirmədi.

İkinci hissədə bəxt "kimyaçılar"ın üzünə güldü. Çünki Cəsurbeklə üz-üzə qalan Hüseynəli çıxış yolunu rəqibi yerə sərməkdə gördü. Belədə Rəşad Əhmədov dərhal "nöqtə"ni göstərsə də, Sevda Nuriyevanın sözügedən epizodda ofsayd olduğunu düşündüyündən bayrağı havaya qaldırması ədalət təmsilçisinin VAR-a yollanmasıyla nəticələndi. Hər halda, penalti qərarı dəyişmədi və topun arxasına keçən Karaişvili 59-cu dəqiqədə "Panenka" zərbəsi ilə komandasını irəli çıxardı. "Gənclik şəhəri"n təmsilçisinin növbəti iki hücum cəhdi uğurlu alınmadı. Daha doğrusu, Səbuhinin fərqlənməsina dirək mane oldusa, Karaişvili qeyri-dəqiqlik üzündən dubla imza ata bilmədi. Odu ki, qonaqlar fərqi artırmaq üçün bir qədər gözləməyə məcbur oldu.

Nəhayət, 79-cu dəqiqədə Ronaldo Bobirin ötürməsindən maksimum faydalandı. Oyunda nöqtə ikinci hissəyə əlavə edilmiş vaxtda qoyuldu. 90+1-ci dəqiqədə cərimə meydançasına daxil olan Sənan çarəni topu Kehata çatdırmaqda gördü. İsrailli futbolçu komanda yoldaşının inamını doğrultdu - hesabı darmadağın həddinə çatdırdı.

Beləliklə, "Səbail" premyer-liqadan darmadağınla getdi, "Sumqayıt" isə 8-ci pilləyə yüksəldi. Ancaq "kimyaçılar"ın mövsümü burda başa vurub-vurmayacağı sabah keçiriləcək "Turan Tovuz" - "Kəpəz" matçının nəticəsindən asılıdı.

Gözdən qaçmadı
// Matçdan əvvəl "Misli" ilə PFL-in birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində aprelin ən yaxşı qolunun müəllifi olan David Qomis mükafatlandırıldı. Futbolçuya mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim etdi.
// "Kimyaçılar" və "Dənizçilər" fanklubu tribunalarda idi. Bayıllı azarkeşlər "gedirik ki, gələk, şəhər sizə əmanət, qonşular" sözlərinin yazıldığı pankart açmışdı.
// “Səbail”in mövsümdəki son ev oyununda cəmi 150 azarkeş var idi. Yeri gəlmişkən, martın 3-də keçirilən “Səbail” – “Şamaxı”, aprelin 27-də keçirilən “Səbail” – “Araz-Naxçıvan” oyunlarını da bu qədər adam izləmişdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

23-05-2025, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Ölkə futbolu

18-01-2025, 17:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

17-08-2024, 19:0

"Sumqayıt" - "Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

26-10-2024, 18:0

"Səbail" - "Sumqayıt": START HEYƏTLƏRİ

Ölkə futbolu

18-05-2025, 16:0

"Neftçi" - "Səbail": START HEYƏTLƏRİ

Ölkə futbolu

3-05-2025, 15:0

"Şamaxı" - "Səbail": START HEYƏTLƏRİ

Aktual
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
Son xəbərlər
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Dünən, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Dünən, 15:07
    "İmişli"dən növbəti transfer
  • Dünən, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Dünən, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Dünən, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Dünən, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Dünən, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Dünən, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Dünən, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 11:23
    Klubunda hamını arxada qoydu
  • Dünən, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Dünən, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Dünən, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 135
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 133
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə