Hazırda "Səbail"də iki futbolçu baxışdadı. Klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədovadan aldığımız bilgiyə görə, paytaxt klubu ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirmiş ukraynalı müdafiəçi İqor Korotetskini sınaqdan keçirir. Onunla yanaşı, braziliyalı yarımmüdafiəçi Dos Santos Nasimento da baxışdadı. Hər iki legionerlə müqavilənin imzalanıb-imzalanmamasına "Sabah"la iyulun 7-də "Bayıl Arena"da keçiriləcək yoxlama oyunundan sonra aydınlıq gələcək.