"Xan Lənkəran" kütləvi hissə satışları ilə bağlı prosesə start verib. Nəticədə iyulun 3-də “yaşıllar”ın 400 bütöv hissəsi satılıb. Qeyd edək ki, qarşıdakı günlərdə klub rəhbərliyi hazırda 46340 manat təşkil edən büdcəni razılaşdırılmış satışlarla iki-üç qat artırmağı planlaşdırıb.
Yeri gəlmişkən, "Xan Lənkəran"ın İdarə Heyətinin iki gün əvvəl keçirilən iclasında hissə satışı kampaniyasına qoşulmaq istəyən futbolsevərlərin müraciətləri nəzərə alınıb. Nəticədə ianə və hissə satışlarının 1-ci mərhələsi iyulun 15-dək uzadılıb. Xatırladaq ki, əvvəlki qərara əsasən, hissə satışlarının ilk mərhələsi ayın 3-də başa çatmalıydı.
Qeyd edək ki, ilk mərhələdə “Xan Lənkəran” 4000 hissəni satışa çıxarıb. Hissələrin birinin qiyməti 100 manat təşkil edir. Artıq satışa çıxarılmış hissələrin 11,5 faizi satılıb.