"Araz-Naxçıvan" çempion oldu!

22.05.2025 17:15 10
İdman
Bu gün futzal üzrə yüksək liqanın qalibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 19-cu turda "Neftçi"yə 6:2 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" çempionluğunu rəsmiləşdirib.

Naxçıvan təmsilçisi sona 1 tur qalmış 19-cu dəfə ölkə çempionu olub.

Qeyd edək ki, 2025-26-cı il mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın qəqibləri iyulun 3-də keçiriləcək püşkatmada bəlli olacaq.