Rəşad Sadiqov karyerasını başa vurur
“Sabah”ın əvəzediciləri Binədə məşq edir
Seleksiya prosesini tamamlayan “Sabah” dünəndən təlim-məşq toplanışının əsas mərhələsinə start verib. “Əlincə Arena”da hazırlıq keçən komanda gündə iki məşqə çıxır. Gündüz əsasən fiziki, axşam isə taktiki-texniki çalışmalara üstünlük verilir. Transfer çalışmaları da davam edir. Ön xəttə ən azı iki legionerin transfer edilməsi nəzərdə tutulub.
Ancaq Rəşad Sadiqovla aparılan danışıqlar uğursuzluqla nəticələnib. Tərəflər arasında ilkin razılıq olsa da, təcrübəli futbolçu son anda elitanın debütantı ilə birillik müqavilə bağlamaqdan imtina edib. 34 yaşlı yarımmüdafiəçi yaşadığı Buzovnadan hər gün Masazıra gəlib-getməyin yorucu olduğunu düşünür.
Qeyri-adi nəsə baş verməsə, Sadiqov karyerasını başa vuracaq. Rəşadın karyerasında əsas yeri “Neftçi” tutur. “Bakı” (1998/99) və “Şəfa”da (2000-02) oynadıqdan sonra 2003-də “ağ-qaralar”a keçən dayaq yarımmüdafiəçisi 2008-dək flaqmanda çıxış etdi. Alman baş məşqçi Hans-Yürgen Gede ilə yola getməyən Sadiqov 2009-dan 2012-dək “Qarabağ”ın şərəfini qorudu. Onun “Neftçi”yə qayıdışı uğurlu alındı. Komandanın Avroliqanın qrupuna vəsiqə qazanmasında pay sahibi olan Rəşadın “Cüzeppe Meatsa”da “İnter”in qapısından keçirdiyi möhtəşəm qol hələ də yaddaşlardan silinməyib. 2014-də “Xəzər Lənkəran”ın daha yaxşı maliyyə təklifinə “hə” deyən futbolçu cənubda çox duruş gətirmədi. “Qəbələ” (2015-17) ilə yenidən parlayan və növbəti dəfə Avroliqanın qrup mərhələsinin həyəcanını yaşayan yarımmüdafiəçinin “Zirə”dəki çıxışının qısa müddət çəkməsinin səbəbi baş məşqçi Ayxan Abbasovla mübahisə etməsiydi. Tərlan Əhmədovun istəyi ilə son mövsümdə “Neftçi”yə qayıdan Sadiqov bu mütəxəssisin komandadan ayrılmasıyla “ağ-qaralar”dan uzaqlaşdı. Rəşadın əsas yığmada 20 oyun keçirdiyini və 1 qol vurduğunu da nəzərinizə çatdıraq.
Sonda onu da qeyd edək ki, “Sabah”ın əvəzedicilərdən ibarət komandası başqa məkanda hazırlıq keçir. Vasif Haqverdiyevin yetirmələri Binə stadionunda məşq edir.
SƏRXAN

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər