Sizin reklam burada

Fransa millimizi darmadağın etdi

Title
Fransa millimizi darmadağın etdi
Dünən İsveçin Höteborq şəhərində 16 yaşadək qız həndbolçular arasında “European Open” turniri start götürüb. Yarışda ilk 7 yeri tutan komandalar gələn il Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalına vəsiqə qazanacaq. Yığmamız da Skandinaviyaya yollanıb. Ancaq millimiz turnirdəki mövqeyindən asılı olmayaraq, gələn il doğma meydanda təşkil olunacaq festivalda iştirak edəcək. Sadəcə, məqsəd bu yarışda həndbolçuların təcrübəsini artırmasıdı. C qrupunda yer alan komandamızın ilk oyunu ağır məğlubiyyətlə nəticələnib. Vladimir Korotkinin yetirmələri debütdə Fransa tərəfindən darmadağına məruz qalıb – 6:23. Yığmamızın heyətində Kamilə Bayramova 4 qola imza atıbsa, İnarə Rzayeva və Günel Abdullayeva hərəyə bir dəfə fərqlənib. Millimiz qrupda sırayla Finlandiya, İslandiya və İspaniya ilə də münasibətləri aydınlaşdıracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.