Birinci divizion təmsilçisi "Zaqatala" baş məşqçi ilə bağlı qərarını açıqlayıb. Klub rəhbərliyi növbəti mövsümdə də eyni mütəxəssisə güvənəcək. Belə ki, bölgə təmsilçisi oyunlara yenə Rüstəm Məmmədovun rəhbərliyi altında çıxacaq. Gənc mütəxəssislə müqavilənin müddəti daha bir il uzadılıb.