“Şahmat Klubu” proqramı “Ginnesin Rekordlar Kitabı”na düşdü

13.05.2025 23:31 6
İdman
Azərbaycan Televiziyasında 56 ildir yayımlanan “Şahmat Klubu” proqramı dünya efirində ən uzunömürlü idman verilişi kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

"Football-plus.az" xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də tədbir təşkil olunub.

Proqramın aparıcısı, Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənova Ginnesin rəsmi nümayəndəsi tərəfindən xüsusi mükafat təqdim olunub.

Gənclər və İdman naziri Fərid Qayıbov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov verilişin ölkədə şahmatın inkişafında olan rolu barədə öz fikirlərini bildirərək bu sahənin gənclər arasında təbliğ edilməsinin vacibliyindən danışıblar.