• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” yenə “Turan Tovuz”a uduzmadı - REPORTAJ

Ölkə futbolu / Reportaj

13-05-2025, 22:0

Turan Tovuz - Neftçi (Bakı) 1:2 (1:2)
41. Sergey Samok - 6,0
19. Orxan Əliyev - 6,0
(10. Xəyal Nəcəfov, 81) - qiymətsiz
17. Rəhim Sadıxov - 6,5
88. Faiq Hacıyev - 5,5
7. İsmayıl Zülfüqarlı - 5,0
(77. Veysəl Rzayev, 75) - 4,5
9. Kristian da Silva - 5,0
(29. Anton Kraçkovski, 81) - qiymətsiz
23. Alexandro Serrano - 5,5
15. Emmanuel Hakman (k) - 5,5
32. Hayderson Urtado - 5,5
40. Kauan Martins - 5,5
(6. Araş Qaderi, 69) - 4,5
21. Aleks Souza - 5,5
(5. Roderik Miller, 69) - 4,5 
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
13. Fərid Yusifli
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Rəhim Sadıxov

93. Rza Cəfərov (k) - 6,0
10. Filip Ozobiç - 6,0
8. Emin Mahmudov - 6,5
19. Azər Salahlı - 5,5
91. Ağadadaş Salyanski - 6,0
14. Edvin Kuç - 6,0
99. Ervin Koffi - 5,5
24. Mustafa Sek - 5,5
9. Bassala Sambu - 6,0
22. Dembo Darbo - 6,0
11. Aleks Fernandes - 6,0
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
17. Rəhman Hacıyev
67. Fariz Xeyrullayev
78. Elcan Əbilov
86. Aslan Şirinov
47. Murad Məmmədov
88. Andrey Ştoqrin
18. Rinosuke Ohori
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov

Qollar: E.Mahmudov, 9 (0:1). R.Sadıxov, 16 (1:1, O.Əliyev). D.Darbo, 32 (1:2, F.Ozobiç).
Vərəqələr: E.Koffi, 63 (qeyri-idman hərəkəti). A.Salahlı, 64 (qeyri-idman hərəkəti). E.Hakman, 64 (qeyri-idman hərəkəti). V.Rzayev, 90+2 (qeyri-idman hərəkəti). R.Cəfərov, 90+4 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
10 may. Tovuz. Şəhər stadionu. 4500 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub. 
Oyunun qiyməti: 6,0.

Bu qarşılaşma hər iki komanda, xüsusən də “Turan Tovuz” üçün müəyyən əhəmiyyət daşıyırdı.

Tovuzlular “Araz-Naxçıvan”la xal fərqini azaltmağa can atacaqdı, şəxsi duellərdə bu rəqibə uduzmayan “Neftçi” isə seriyasını davam etdirmək istəyirdi.
Oyunun ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. 7-ci dəqiqədə Urtadonun uzun ötürməsi ilə irəli çıxan Orxan Əliyevin zərbəsini Kuç qaytara bildi. Hücumun davamında Rəhim Sadıxov fürsəti dəyərləndirmək istədi, lakin Rza Cəfərov onun zərbəsinin qarşısını aldı. Epizodun sonunda Orxanın ofsaydda olduğu müəyyənləşdi və yan xətt hakimi Eyyub İbrahimov bayrağını qaldırdı.

Cəmi bir dəqiqə sonra Kristian da Silva Sambuya qarşı kobud oynadı və hakim bu epizodu qayda pozuntusu kimi qiymətləndirdi. Topun arxasına keçən Emin Mahmudov gözəl zərbə ilə hesabı acid. Bu, onun “Neftçi”dəki 61-ci qolu oldu. Amma meydan sahibləri çox keçmədən hesabı bərabərləşdirdi. 16-cı dəqiqədə Da Silva künc zərbəsindən topu qapı önünə ötürdü. Rza topu uzaqlaşdırmaq istəsə də, cəhdi uğursuz oldu. Qayıdan topa Orxan birinci çatdı, onun zərbəsi qapıya yönəlsə də, top Rəhim Sadıxova dəyərək tora daxil oldu. 3 dəqiqə sonra “Turan Tovuz” yenidən təhlükəli vəziyyət yaratdı.

Serrano – Faiq – Orxan kombinasiyası zamanı Əliyev başla zərbə vurdu, lakin top qapının yanından keçdi. 32-ci dəqiqədə “Neftçi” yenidən önə çıxdı. Ozobiçin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Darbo fərqləndi. 38-ci dəqiqədə Orxan cərimə meydançasında Azəri keçdi, lakin Aleks onu dayandırdı. Penalti ilə bağlı etirazlar olsa da, top epizod zamanı Orxanın əlinə dəydiyindən hakim oyunu davam etdirdi. 41-ci dəqiqədə tovuzlular hesabı bərabərləşdirməyə yaxın oldu. Faiqin künc zərbəsindən göndərdiyi topu Urtado başla Souzaya ötürdü, amma braziliyalının zərbəsində dəqiqlik çatmadı.

2-ci hissədə də meydanda gərgin mübarizə getdi. 61-ci dəqiqədə Rzanın ötürmə səhvindən yararlanan Kristian uzaq məsafədən qapını yoxladı, lakin qapıçı bu dəfə komandasını qoldan xilas etdi. 65-ci dəqiqədə isə Rəhim cərimə zərbəsindən birbaşa qapını hədəfə aldı, amma Rza yenə etibarlı oynadı. 77-ci dəqiqədə Emindən ötürmə alan Sambu irəliləyərək zərbə vurdu, lakin Samok ona mane oldu. Qarşılıqlı hücumlarla müşayiət olunan son dəqiqələrdə qapılara qol vurulmadı. “Neftçi” cari mövsümdə növbəti dəfə “Turan Tovuz”a uduzmadı. Tovuzluların qələbə həsrəti 4 oyuna çatdı.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

10-05-2025, 18:0

"Turan Tovuz" - "Neftçi: START HEYƏTLƏRİ

Ölkə futbolu

21-12-2024, 15:0

"Turan Tovuz" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

25-04-2025, 17:0

"Turan Tovuz" - "Şamaxı": START HEYƏTLƏRİ

Ölkə futbolu

18-04-2025, 18:0

"Araz-Naxçıvan" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Ölkə futbolu

4-03-2025, 16:0

"Turan Tovuz" - "Zirə": START HEYƏTLƏRİ

Ölkə futbolu

23-02-2025, 13:0

"Şamaxı" - "Turan Tovuz": START HEYƏTLƏRİ

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə