Karateçilərimizdən dünya çempionatında 4 medal

11.05.2025 18:27 5
İdman
Almaniya Leipziq şəhərində IFK Kyokuşin karate üzrə 7-ci dünya çempionatı keçirilib.

"Football-plus.az" xəbər verir ki, yarışda Azərbaycan karateçiləri uğurlu nəticələr əldə ediblər.

Təmsilçilərimiz dünya çempionatında 4 medal qazanıb.

1-ci yer - Səlahət Həsənov
2-ci yer - Elmir Cəbrayılov
3-cü yer - Solmaz Zeynallı
3-cü yer - Kamil Məmmədov