Boksda sakitlik hökm sürür. Bu il böyüklər arasında nə Avropa, nə də dünya çempionatı var. Bu üzdən əlcək ustaları başqa beynəlxalq turnirlərə, ənənəvi yarışlara qatılmaqla “gözünün qurdunu öldürür”. Yığmada da durğunluğun yaşanması bununla bağlıdı. Millinin böyük məşqçisi Nəriman Abdullayevi dinləyək: “Hazırda boksçular mənsub olduqları klub və cəmiyyətlərdə məşq edirlər. Ancaq yığmanın toplanışı hələ başlamayıb. İyuldan təlim-məşq toplanışına start veriləcək. Baş məşqçi Leonid Loivskinin rəhbərliyi altında hazırlıq Boks Mərkəzində baş tutacaq. Bu gün üçün hansısa bölgəyə səfər nəzərdə tutulmayıb. Sentyabrdan yarışlara qatılacağıq”.