Avropa Voleybol Konfederasiyası (CEV) avrokubokların püşkünü atıb. Xəbər verdiyimiz kimi, 2018/19 mövsümündə qitə arenasında ölkəmizi yalnız “Azərreyl” təmsil edəcək. Ölkə çempionu ötən mövsüm olduğu kimi yenə “Çağırış” kubokunda qüvvəsini sınayacaq. Təmsilçimiz təsnifat mərhələsindən azad olduğundan kubokun 1-ci mərhələsindən mübarizəyə qoşulacaq. “Azərreyl” debütdə ya Portuqaliya “Kayroş”nu, ya da Belçika “Hermes”ini sınağa çəkəcək. Təsnifat mərhələsinin ilk oyunları noyabrın 6-8-i, cavab görüşləri isə həmin ayın 13-15-i aralığında keçiriləcək. Bu cütün qalibinin “Azərreyl”lə ilk qarşılaşması noyabrın 27-29-u aralığında, cavab görüşü bir həftə sonra baş tutacaq.