Artıq klublar növbəti mövsümün planlarını cızır. Avrokubok iştirakçıları isə təkcə qarşıdan gələn ölkədaxili yarışlara yox, ilk növbədə beynəlxalq arenadakı mübarizəyə hazırlaşır. Qeyd edək ki, 2017/18 mövsümü bitəndən sonra bir sıra klublarda baş məşqçi dəyişiklikləri gerçəkləşdi. Komandaların “sükanı arxasına” keçən yeni çalışdırıcıların futbolçu seçimi böyük maraq doğurur. Yay “transfer pəncərəsi”ndən yararlanan premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işləri davam etdirir. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olması da gələnlərin sayına təsir edir. Bir sözlə, premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq.
Qarabağ
Gələnlər: Filip Ozobiç (Qəbələ), Rahil Məmmədov (Səbail), Abdulla Zubir ("Lans", Fransa)
Gedənlər: Pedro Enrike (PAOK, Yunanıstan, icarə müddəti bitib), Ramil Şeydayev ("Trabzonspor", Türkiyə, icarə müddəti bitib), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Səbail"), Əfran İsmayılov (Sumqayıt), Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Arif Daşdəmirov
Qəbələ
Gələnlər: Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, Cənubi Kipr, icarədən qayıdıb), Bəhlul Mustafazadə ("Sumqayıt", icarədən qayıdıb), Roman Hüseynov ("Kəpəz", icarədən qayıdıb), Sabien Lilay, Ceyms Adeniyi (hər ikisi "Şkenderbü", Albaniya)
Gedənlər: Filip Ozobiç (Qarabağ), Ruslan Qurbanov (Səbail), Elvin Məmmədov (Sumqayıt), Yusif Nəbiyev ("Sumqayıt", icarə), Baqali Dabo (Neftçi), Vitali Vernidub ("Zarya", Ukrayna), Dion Malone
Neftçi
Gələnlər: Tural Axundov, Rəşad Eyubov (hər ikisi "Sumqayıt"), Dario Federiko (Kəpəz), Slavko Braliç (“Şiroki Briyeq”, Bosniya və Hersoqovina), Baqali Dabo (Qəbələ), Qoran Paratski ("Vellinqton Feniks”, Avstraliya)
Gedənlər: İlkin Qırtımov (Zirə), İqnasio Errera, Derlis Meza Kolli, Rəşad Sadiqov, Elnur Cəfərov, Fransisko Qarsiya
Zirə
Gələnlər: İlkin Qırtımov (Neftçi), Kamal Mirzəyev (Zirə)
Gedənlər: Yani Urdinov ("Bohemians", Çexiya, icarə müddəti bitib), Comal Uilyams ("Murselaqos", Meksika, icarə müddəti bitib), Elşən Abdullayev ("Qarabağ", icarə müddəti bitib), Orxan Əliyev (Səbail), Milan Duriç ("Voyvodina", Serbiya), Yovan Krneta, Viktor İbokoyi, Aleksandr Şemonayev
Sumqayıt
Gələnlər: Əfran İsmayılov (Qarabağ), Elvin Məmmədov (Qəbələ), Yusif Nəbiyev ("Qəbələ", icarə), Şəhriyar Əliyev (Kəpəz), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna, icarə), Aleksey İsayev ("Zenit", Rusiya)
Gedənlər: Bəhlul Mustafazadə ("Qəbələ", icarə müddəti bitib), Fərhad Vəliyev (karyerasını bitirib), Amil Yunanov, Azər Salahlı (hər ikisi “Keşlə”), Vüqar Bəybalayev (Səbail), Tural Axundov, Rəşad Eyyubov (hər ikisi "Neftçi"), Kamal Mirzəyev (Zirə), Elnur Abdullayev
Keşlə
Gələnlər: Azər Salahlı, Amil Yunanov (hər ikisi "Sumqayıt")
Gedənlər: Məqsəd İsayev (Sabah), Pablo Podio ("Fastav", Çexiya, icarə müddəti bitib), Nemanya Stoyanoviç ("Qarabağ Vyana", Avstriya, icarə müddəti bitib), Qara Qarayev, Pərdis Fərcad-Azad
Səbail
Gələnlər: Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov (Kəpəz), Orxan Əliyev (Zirə), Ruslan Qurbanov (Qəbələ), Vüqar Bəybalayev (Sumqayıt), Emin Mehdiyev, Seymur Əsədov (hər ikisi “Sabah”: icarədən qayıdıblar)
Gedənlər: Yevgeni Koçuk (“Jilina”, Slovakiya, icarə müddəti bitib), Faruk Miya (“Standard”, Belçika, icarə müddəti bitib), Rahil Məmmədov (Qarabağ), Kərim Diniyev (Sabah), Elman Taqayev, Ayron Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahid Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Vüqar Nadirov, Ruslan Əmircanov
Sabah
Gələnlər: Tərzin Cahangirov (Kəpəz), Məqsəd İsayev (Keşlə), Kərim Diniyev (Səbail), Tərlan Əhmədli, Novruz Məmmədov, Ülvi İbazadə, Eltun Turabov, Vadim Abdullayev, Tural Qürbətov, Bəxtiyar Soltanov (hamısı “Xəzər”)
Gedənlər: Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi “Neftçi”, icarə müddəti bitib), Emin Mehtiyev, Seymur Əsədov (hər ikisi “Səbail”, icarə müddəti bitib), Ruzi Qiyaslı, Əziz Quliyev, Elgün Uluxanov, Röyal Əlizadə, Şirməmməd Məmmədov, Elşad Manafov, Eltun Hüseynov, Əli Əliyev, Əmrah Əliyev, Qvanzav Maqomedov, İlqar Ələkbərov, Bayram Nuruzadə, Emin Mirzəliyev, Məhəmməd Qurbanov, Məhəmməd Alıyev, Murad İsmayılzadə, Artyom Zabun