Sizin reklam burada

“Səbail”in rəqibi “Gənclərbirliyi” oldu

Baxış Sayı:483

“Səbail”in rəqibi “Gənclərbirliyi” oldu
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail”in təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcəyini xəbər vermişdik. Halbuki buna qədər komandanın Bolqarıstana üz tutacağı deyilirdi. Paytaxt təmsilçisinin qonşu ölkədə qalacağı otel və yoxlama görüşündə qarşılaşacağı bir rəqib bəlli olub. Klubun mətbuat xidmətindən verilən bilgiyə görə, iyulun 9-da Türkiyəyə yollanacaq “Səbail” Qızılcahamamdakı “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini yerli “Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm superliqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi də bəllidi. Belə ki, tərəflər ayın 12-də, saat 18.00-da üz-üzə gələcək. Ümumiyyətlə, “Səbail” ikihəftəlik Türkiyə toplanışı çərçivəsində dörd yoxlama matçı keçirməyi planlaşdırır. Artıq 10 gündən çoxdu hazırlığı davam etdirən komandanı qardaş ölkəyə “Sabah” “yola salacaq”. Belə ki, Bakı toplanışına iyulun 7-də yoxlama oyunu ilə yekun vurulacaq ki, həmin gün rəqib premyer-liqanın debütantı olacaq. Elşad Əhmədovun yetirmələri ilə görüş saat 18.00-da “Bayıl Arena”da başlayacaq. “Səbail” ertəsi istirahət edib iyulun 9-da təlim-məşq toplanışının ikinci mərhələsi üçün səfərə çıxacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR