Sizin reklam burada

“Qəbələ” ilə “Panionios” ortaq məxrəcə gəldi

Title
“Qəbələ” ilə “Panionios” ortaq məxrəcə gəldi
“Proqres” portuqaliyalı forvardla müqavilə bağladı
Ötən mövsüm icraə əsasında Cənubi Kipr təmsilçisi “Anortosis”in şərəfini qoruyan Araz Abdullayevin kareyarasını Yunanıstanda davam etdirəcəyindən xəbəriniz var. Bu haqda ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, müqavilə ilə “Qəbələ”yə məxsus olan yarımmüdafiəçini Yunanıstan superliqasında çıxış edən “Panionios” rənglərinə bağlamaq istəyir. Xatırladaq ki, Araz artıq bir dəfə bu klubda legioner həyatı yaşayıb. Millinin də şərəfini qoruyan futbolçu 2012-ci ildə 8 matçda “göy-qırmızılar”ın uğurları üçün tər töküb.
Ötən dəfə məsələ ilə bağlı qəzetimizə açıqlama verən “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı Yunanıstan təmsilçisi ilə danışıqların davam etdiyini söyləmişdi. Onu da əlavə etmişdi ki, ortaya hansısa problem çıxmasa, Araz tezliklə “Panionios”un düşərgəsinə yollanacaq. Danışıqların yekun nəticəsini bilmək üçün dünən yenidən Səfiyarlı ilə əlaqə saxladıq. Səbuhi bəy xırda detallar nəzərə alınmasa, danışıqların artıq yekunlaşdığını bildirdi: “Demək olar ki, danışıqlar yekunlaşıb. “Panionios”la bir-iki xırda detalı çıxmaqla bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Böyük ehtimalla bu gün (dünən) və ya sabah (bu gün) Araz Abdullayev Yunanıstan klubu ilə müqavilə bağlayacaq”.
Bu arada isə “Qəbələ”nin Avropa Liqasının birinci mərhələsindəki rəqibi də heyəti gücləndirməkdə davam edir. “Proqres” bu dəfə heyətinə hücumçu cəlb edib. Niderkornlular Cənubi Kipr təmsilçisi “Olimpiakos”un forvardı Romeu Torres ilə müqavilə bağlayıb. Portuqaliyalı oyunçu artıq yeni klubunda ictimaiyyətə təqdim olunub. Onun Nikosiya təmsilçisi ilə müqavilə müddəti bitdiyindən, “Proqres”ə azad agent kimi keçib.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.