Sizin reklam burada

Baqali Dabo Ruslan Abışovu məğlub etdi

Baxış Sayı:477

Baqali Dabo Ruslan Abışovu məğlub etdi
"Neftçi" yeni transferinin anonsunu verdi
Ötən sayımızda "Neftçi"nin məşqçilərinin futtennis oynadıqlarını diqqətinizə çatdırmışdıq. Deyəsən, "ağ-qaralar" toplanışda rəngarəngliyi davam etdirmək niyyətindədi. Belə ki, bu dəfə futbolçular "tirə zərbə" yarışında bacarıqlarını nümayiş etdirməyə çalışıblar. Onlar iki komandaya bölünüb: Ruslan Abışovun və Baqali Dabonun komandası. Növbəli zərbələrdən sonra Dabonun komandası 3:1 hesablı qələbə qazanıb. Bu arada "Neftçi" daha bir futbolçu ilə müqavilə müddətini uzadıb. Rəhman Hacıyevlə 2018/19 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə Hacıyev 2019/20 mövsümünün sonunadək ağ-qara formanı geyəcək. Milli üzvü ötən "futbol ili"ndə "Neftçi"nin heyətində 32 oyunda 6 qola imza atıb. Qeyd edək ki, “ağ-qaralar” bundan əvvəl Ruslan Abışov, Kiril Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqaviləni yeniləmişdi. Sonda "Neftçi"yə daha bir legionerin gəlişinin klub saytında anons edildiyini bildirək. Klub açıqlamasa da, söhbətin qanalı hücumçu Kvame Amponsah Karikaridən getdiyi deyilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR