Sizin reklam burada

Rəşad Sadiqov da “Sabah”da

Title
Rəşad Sadiqov da “Sabah”da
Əvvəlki heyətdən cəmi üç futbolçu qalıb
“Əlincə Arena”da yeni mövsümə hazırlışan “Sabah” heyəti komplektləşdirməkdə davam edir. Üç legioneri rənglərinə bağlayan, son mövsümü elita klublarında keçirmiş 3 oyunçuyla anlaşan debütantın “Xəzər”i divizionun çempionu etmiş futbolçulardan yeddisini heyətinə qatdığını bilirsiz. Ötən sayımızda paytaxt klubunun Elşad Manafov və Elgün Uluxanov istisna olmaqla, əvvəlki heyəti qoruyub saxladığını xəbər vermişdik. Ancaq baş məşqçi Elşad Əhmədov sələfi Arif Əsədovun qurduğu kollektivə, demək olar ki, ehtiyac duymayıb. Hazırda yalnız yarımmüdafiəçilərdən ukraynalı Vladlen Normaniya və Ricat Qarayev, eləcə də hücumçu Raul Yaqubzadə düşərgədədi. Əslində onların komandada qalıb-qalmayacağı hələ bilinmir. Çünki müqavilələrinin müddəti bitib. Sadəcə, komandanın yeni çalışdırıcısı onları sınaqdan keçirir.
“Sabah”dan söz düşmüşkən, debütant daha bir təcrübəli futbolçunu rənglərinə bağlayıb. Növbəti mövsüm Rəşad Sadiqov da bu komandanın formasını geyəcək. Artıq ilkin razılıq əldə olunub. Ancaq müqavilənin müddəti ictimaiyyətə açıqlanmayıb. Görünən odu ki, vaxtilə “Neftçi”də çalışmış Əhmədov “ağ-qaralar”ın sabiq üzvlərini yenidən bir araya gətirməkdə maraqlıdı. “Transfer pəncərəsi” bağlanana qədər daha bir neçə futbolçunun keçidi reallaşacaq.
SƏRXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.