
Aktual
795
29.06.2018, 13:14
Şeydayev “Trabzonspor”a qoşuldu
Ramil Şeydayev müqaviləylə məxsus olduğu “Trabzonspor”a qayıdıb. “Bordo-mavililər” iyunun 26-da doğma bazada yeni mövsümün hazırlığına start verib. Mehmet Əli Yılmaz adına bazada yeni baş məşqçi Ünal Karamanın rəhbərliyi altında başlayan təlim-məşq toplanışında əvəzedici heyətin bir neçə üzvüylə yanaşı, həmyerlimiz də iştirak edir. Hücumçu dünənki hazırlıq prosesinin də iştirakçısı olub. Ancaq yığma üzvünün tezliklə Avstriya bundesliqasının iştirakçısı “Mattersburq”a icarəyə veriləcəyi gözlənilir.