Rauf Məmmədov Minski “fəth etdi”
“Bu Olimpiadada ümidlərim böyükdü”
Rauf Məmmədovun ukraynalı həmkarı Natalya Buksa ilə nişanlandığını xəbər vermişdik. Bu hadisədən sonrakı ilk yarış yığmamızın üzvü üçün uğurlu alınıb. Belə ki, şahmatçımız Belarusun paytaxtı Minskdə keçirilən rapid üzrə Viktor Kupreyçikin xatirə turnirinin qalibi olub. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Memorialda 101 zəka sahibi iştirak edib. Belarus, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Ermənistan və Latviya şahmatçılarının mübarizəsindən qalib ayrılan Məmmədov 9,5 xal toplayıb. Ukraynalı Anton Korobov 8,5 xalla ikinci yeri tutub. Rus Dmitri Andreykin də bu qədər xal toplasa da, əlavə göstəricilərə görə ilk “3-lüy”ü qapayıb.
Yarışdan sonra Rusiya Şahmat Federasiyasının rəsmi saytına açıqlama verən Rauf nişanlısıyla sentyabrın sonu – oktyabrın əvvəllərində Gürcüstanın Batumi şəhərində keçiriləcək Şahmat Olimpiadasından sonra evlənəcəyini deyib: “Natalya ilə mayda nişanlanmışam. Toyumuzu Olimpiadadan sonraya planlaşdırırıq. Onunla nişanlandıqdan sonra iştirak etdiyim ilk turnirin uğurlu alındığını deyə bilirəm. İndi isə estafeti gəlinə ötürürəm” (gülür).
30 yaşlı qrossmeyster millimizin qonşu ölkədə reallaşacaq yarışdakı hədəfindən də danışıb: “Biz Batumiyə bir qədər tez yollanıb, orda toplanış keçəcəyik. Son Avropa çempionuyuq və fikrimcə, heyətdə maksimum bir dəyişiklik ola bilər. Bildiyiniz kimi, ötən il kapitanımız da fəal oyunçu idi. Qitə birinciliyində bu funksiyanı Eltac Səfərli yerinə yetirirdisə, bu dəfə kimin kapitan olacağı hələ bəlli deyil. Əlbəttə, hazırlıq prosesi olacaq. Bu Olimpiadada ümidlərim həqiqətən də böyükdü. Çünki son Avropa çempionuyuq və burda da üstünlüyümüzü göstərməliyik. Bəlkə də Rusiya ən böyük favorit deyil. Çünki orda “qorxunc” ABŞ da olacaq. Həmçinin Çin də var. Güclü rəqiblərə baxmayaraq, yığmamızın hədəfi qızıl medal uğrunda mübarizə aparmaq və onu qazanmaqdı”.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər