Rusiyanın Voronej şəhərində şahmat üzrə dünya çempionu Aleksandr Alyoxinin xatirə turniri keçirilib. İsveçrə sistemi üzrə təşkil olunan və 9 turdan ibarət olan yarışda Rusiya, Hindistan, İran, Azərbaycan, Ermənistan, Ukrayna, Estoniya, İspaniya, Hollandiya və Özbəkistandan 131 şahmatçı mübarizə aparıb. Ölkəmizi memorialda yalnız Günay Məmmədzadə (2442) təmsil edib. Ancaq yığma üzvünün çıxışı uğurlu alınmayıb. 18 yaşlı zəka sahibi Yevgeniya Suxaryova (Rusiya, 2234), Darya Xoxlova (Rusiya, 2198), Timur Yerqeşov (Rusiya, 2290) və Daniil Zaykaya (Rusiya, 2118) qalib gəlib. Parham Maqsudlu (İran, 2638), Volodar Murzin (Rusiya, 2268), Artyom Karpenko (Rusiya, 2374) və Aleksandr Demyanyuka (Rusiya, 2346) uduzan həmyerlimiz yalnız Artyom Odeqovla (Rusiya, 2219) heç-heçə edib. Yekunda Məmmədzadə 4,5 xalla 64-cü yeri tutub. Belədə əmsalından 16 vahid itirib. Turnirin qalibi 7 xal toplayan Dmitri Kokaryov (Rusiya, 2603) olub. Andrey Stukopinlə (Rusiya, 2589) Dmitri Boçarov (Rusiya, 2576) da bu qədər xal yığıb. Ancaq əlavə göstəricilərə görə 2-3-cü yerləri bölüşüblər.