Sizin reklam burada

Səlahət Ağayev azarkeşlərə səsləndi

Title
Səlahət Ağayev azarkeşlərə səsləndi
"Rəqabət bütün mövqelərdə olmalıdı"
"Neftçi”nin hazırda Türkiyədə təlim-məşq toplanışında olduğunu bilirsiz. “Ağ-qaralar” dünən hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirdi. Həmin qarşılaşmadan öncə Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib. Yığma üzvü komandanın hazırkı durumundan, Avroliqanın püşkündən və yeni transferlərdən danışıb.
- Təlim-məşq toplanışı haqda nə deyə bilərsiz?
- Fiziki hazırlığı Bakıda keçdik, sırf Avropa Liqasının oyunlarına hazırlaşmaq üçün isə Türkiyəyə gəldik. Komandanın çox istəkli olduğu görünür, bu, Bakıda da müşahidə olunurdu. Bu gün yoxlama oyunumuz var, hazırlığıın ilk nəticəsini həmin oyunda görəcəyik.
- Yeni transferlər necə təsir bağışlayır?
- Komandaya yeni qoşulan futbolçulardan Dario Federiko ilə Baqali Dabonu tanıyırdıq. Onlar haqda ancaq müsbət rəy bildirə bilərik. Xorvatiyalı müdafiəçi Slavko Braliç də pis təsir bağışlamır, bizə xeyir verə biləcək oyunçudu. Tural Axundov və Rəşad Eyyubov da komandanın gücünə güc qatacaq futbolçulardı.
- Ötən mövsüm, demək olar, komandada əsas qapıçı yox idi. Rəşad Əzizliylə rəqabət var idi. Bu haqda hansı fikirdəsiz?
- Əlbəttə, mən də bu rəqabəti hiss edirəm. Rəqabət bütün mövqelərdə olmalıdı. Bu bütün komandanın xeyrinədi.
- “Neftçi” Avroliqada Macarıstan "Uypeşt”i ilə görüşəcək. Bu səddi keçsəz, İspaniya "Sevilya”sı ilə qarşı-qarşıya gələcəksiz.
- Biz indi ancaq "Uypeşt” haqda fikirləşirik. Avroliqaya çıxan komanda zəif ola bilməz. Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün digər klublarımızınkından daha ağır oldu. Amma əlimizdən gələni edəcəyik ki, oyunumuzu göstərək və azarkeşlərimizi sevindirək.
- Növbəti mövsüm “Neftçi” azarkeşləri nəyə ümid edə bilər?
- Komanda rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Məşqçilərimiz hazırlıq prosesində lazımı tapşırıqları verirlər. Zəif cəhətlərimizin aradan qaldırılmasına çalışırlar. Boşluqlar lazımi transferlərlə gücləndirilir. Biz də dayanmadan məşqləri davam etdiririk. Yeni mövsümə yaxşı hazırlaşırıq. Hər şey belə davam etsə, son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik. Azarkeşlərimiz də sona qədər bizimlə olsunlar. Qələbələrimizi birlikdə qeyd edək.
FARIZ hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.