Sizin reklam burada

Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu

Title
Futbolçunu döyən məşqçi "Qəbələ"dən qovuldu
Ötən saylarımızın birində "Qəbələ"nin Futbol Akademiyasında yaşanan xoşagəlməz olay barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, "qırmızı-qaralar"ın U-15 komandasının baş məşqçisi Rakif Əliyev məşqlərin birində qeyri-etik ifadələr işlətdiyinə görə yetirməsi Kamal Kazımova əl qaldırıb. Döyüldüyünə görə məşqi erkən tərk edən yeniyetmə futbolçu başına gələnləri telefonla anasına çatdırıb. Oğlunun döyülməsi ilə barışmayan valideyn isə başverənlərlə bağlı mətbuata açıqlama verib. Ana bildirib ki, baş məşqçi artıq neçənci dəfədi eyni hərəkətə yol verir.
Akademiyada yaşananlara biganə qalmayan "Qəbələ" rəhbərliyi qəzetimizə açıqlamasında araşdırma aparacağını, qısa vaxtda günahkarları üzə çıxarıb cəzalandıracağını bildirmişdi. Dünən bizimlə əlaqə saxlayan akademiyanın meneceri Nail Kərimov bunları bildirdi: "Ötən dəfə sizə araşdırmanın başa çatdığını, rəhbərliyin qərar verəcəyini söyləmişdim. Artıq qərar məlumdu. Yol verdiyi xoşagəlməz əmələ görə Rakif Əliyev akademiyadan kənarlaşdırılıb".
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.