U-17 dünəndən etibarən Bakıda təlim-məşq toplanışına start verib. İyulun 11-dək davam edəcək hazırlıq prosesi çərçivəsində milli iki yoldaşlıq oyunu keçirəcək. İranın müvafiq yaş qrupu ilə ilk qarşılaşma iyulun 7-də “Dalğa Arena”da, növbəti görüş isə ayın 10-da Olimpiya stadionunda təşkil olunacaq. Baş məşqçi Ramin Quliyevin sərəncamındakı futbolçuların siyahısı ilə tanış olun: Veysəl Rzayev, Samir Məhərrəmli, Nika Baçaliaşvili, Rüfət Əhmədov, Rauf Məhərrəmov, Nemət Şıxəmirov, Müşviq Nadirov, Vüsal Şabanov (hamısı “Qəbələ”), Musa Qurbanlı, Qurban Məhərrəmov (hər ikisi “Qarabağ”), İbrahim Novruzov, Samir Abdullayev, Fərid Muxtarov, Ramin Məhərrəmov (hamısı “Keşlə”), Fərid Yusifli, Valeh Qəhrəmanlı, Mehmet Əli Sərin (hamısı “Neftçi”), Nemət Musayev (Kəpəz), Abubəkir İbrahimov (“Mahaçqala”, Rusiya), Tuqay Əlizadə (“Şaxtyor”, Ukrayna), Emil Quluzadə (Vətən), Samir Qasımov, İlahi Quliyev (hər ikisi “Zirə”), Elçin Qasımov (Turan Tovuz), Cavidan Abbaszadə, Cəlal Cəbrayılov (hər ikisi “Sumqayıt”).