Qadınlardan ibarət voleybol yığmamızın üzvü Yelizaveta Səmədova “Skandiççi”dən ayrılıb. Ötən mövsüm baş məşqçi Karlo Perizinin İtaliya A seriyasında bir oyunda belə (yalnız kubokda meydana çıxıb) şans vermədiyi hücumçu karyerasına Rusiya superliqasında davam etmək qərarına gəlib. 4-cü zona oyunçusu bizə tanış olan komandaya – “Leninqradka”ya keçib. 2017/18 mövsümündə Kseniya Poznyakın kapitan olduğu klubla 1 illik müqavilə bağlanılıb. Xatırladaq ki, Sankt-Peterburq təmsilçisi çempionatın son mövsümünü 8-ci yerdə başa vurub. Onu da nəzərinizə çatdıraq ki, yığma üzvləri çiyin-çiyinə oynaya bilməyəcək. Buna səbəb Kseniyanın “Leninqradka”dan ayrılmasıdı.