Bordin Moldovada necə xatırlanır?
Savinov: “Şerif” onun rəhbərliyi altında o qədər parlaq oyun sərgiləməsə də, aqressiv oyunla yadda qaldı”
“Neftçi”nin yeni çalışdırıcısı Roberto Bordin Bakıya gəlməmiş daha bir keçmiş SSRİ respublikasında çalışıb. Moldovada “Şerif”lə iki dəfə çempionluğu bayram edən, bir dəfə kubok və superkuboku başı üzərinə qaldıran italyan mütəxəssis 2010-cu ildə köməkçi məşqçi kimi Ruymıniyada da “qızıl” qazanıb.
Bordinin Moldovada necə yadda qaldığını, məşqçi, insan kimi hansı keyfiyyətlərə malik olduğunu bilmək üçün vaxtilə Azərbaycanda top qovmuş, hazırda Moldovada məşqçi kimi çalışan mütəxəssislərlə danışmağı lazım bildik. Öncə 2008-12-ci illər aralığında “Bakı”nın aparıcı futbolçularından olmuş Aleksey Savinovla əlaqə saxladıq: “Roberto Bordin futbolçu kimi də yetərincə uğur qazanmış biri olub. Bildiyim qədər “Napoli”də, “Parma”da top qovduğu illərdə tiffozi onu çox sevib. Məşqçi kimi də deyərdim ki, bacarıqlı mütəxəssisdi. “Şerif” onun rəhbərliyi altında o qədər parlaq oyun sərgiləməsə də, aqressiv oyunla yadda qaldı. Məşqçiyə nəyə görə qiymət verirlər? Qazandığı nəticələrə görə. “Şerif”i Moldova çempionu etməyi bacarıbsa, komanda onun rəhbərliyi altında Avropa Liqasının qrupuna vəsiqə qazanıbsa, deməli, ona güvənmək olar. Bildiyim qədər intizama xüsusi diqqət yetirən mütəxəssisdi. Onunla çiyin-çiyinə çalışmasam da, meydanda rəqib kimi üz-üzə gəlmişik. Oyun vaxtı texniki zonada o qədər də çox danışmırdı. Moldovada çalışdığı müddətdə futbolçularla, klub rəhbərliyi ilə hansısa problem yaşadığı haqda kənara məlumat sızmayıb. O başqa söhbət ki, “Şerif” hazırda büdcəsinə görə Moldovada ilk pillədədi. Bəzən deyirlər ki, istənilən məşqçiyə böyük pullar alan səviyyəli futbolçular versən, asanlıqla çempion olmaq olar. Düzdü, futbolda pul böyük amildi, ancaq böyük pullar qarşılığında meydana çıxan futbolçuları idarə edib, komanda formalaşdırmaq da asan iş deyil. Hər məşqçi bunun öhdəsindən gəlməyi bacarmır. Yəqin ki, “Neftçi” rəhbərliyi Bordinlə anlaşma imzalamamış bütün bu nüansları nəzərə alıb. Böyük ehtimalla, yeni klubunda ona eyni şəraiti yaradacaqlar. Əks halda italyan məşqçi Moldovadakı uğurlu karyeradan sonra özünü “yandırmaq“ üçün Bakı klubunun təklifini dəyərləndirməzdi. Ona Azərbaycan futboluna uyğunlaşmaq üçün müəyyən vaxt lazımdı. İnanıram ki, Bordin yeni klubunda da nəticə qazanmağı bacaracaq”.
2005-dən 2012-ci ilə qədər “Neftçi” və “Bakı”nın şərəfini qorumuş Vadim Borets isə italyan mütəxəssislə bağlı bunları söylədi: “Roberto Moldovadan ayrılsa da, özü barədə xoş fikirlər qoyub getdi. Onun rəhbərliyi altında “Şerif” həm çempion oldu, həm də Avroliqanın qrupunda çıxış etdi. Bəxtləri bir qədər gətirsəydi, pley-offa da adlaya bilərdilər. Onun haqda nə deyə bilərəm? Nizam-intizamı sevən, komandası müdafiədə inamlı təsir bağışlayan, özünü ulduz sayanlarla işləməyi bacaran mütəxəssisdi. “Şerif”də çalışan tanışlarımın dedyinə görə, çox ünsiyyətcil, zarafat etməyi xoşlayan, ancaq yeri gələndə sərt üzünü də göstərən insandı. “Neftçi” Azərbaycanın ən köklü, daim diqqət mərkəzində olan klubudu. 8 ilə yaxın ölkənizdə çıxış etdiyimdən bilirəm ki, mətbuat daim “Neftçi”yə təzyiq edir, onu ancaq çempionluq uğrunda mübarizə aparan komanda kimi görmək istəyir. Bakı təmsilçisinin azarkeşləri də o biri klubların tərəfdarlarından fərqlənir. Çempionluqdan başqa onları heç nə qane etmir. İtalyan məşqçini də yəqin ki, bundan xəbərdar ediblər. Fikrimcə, çətin olsa da, Bordin məsuliyyətli işin altından çıxa biləcək. Hər halda, məşqçi kimi İtaliyada, Rumıniyada, Moldovada çalışdığı illərdə topladığı təcrübə ona kömək edəcək”.
RƏŞAD

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər