• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İran yığmasında iki soydaşımız oynayır

Aktual

22-06-2018, 12:0

İran yığmasında iki soydaşımız oynayır
Azmun: “Atam deyib ki, İranda yalnız “Traktorsazi”də oynaya bilərsən”
Dünən 4 illik həsrət başa çatdı. Dünya çempionatı start götürdü. Sözsüz, mundialı ən böyük maraqla gözləyənlər komandaları mundialda təmsil olunan ölkələrdi. Ancaq yığması DÇ-dən kənardan qalanlar da futbol sevdasına görə Rusiyadakı yarışa köklənib. Kimisi sadəcə, gözəl oyunlardan zövq almağa çalışacaq, kimisi də azarkeşlik etdiyi komandanın uğurunu arzulayacaq. Bir çox millilər ölkəmizdə də dəstəklənəcək. Onlardan biri də İrandı. Tarixi bağımız, qonşumuz və müsəlman ölkə olmaları kimi səbəblər öz yerində. Bu komandada soydaşlarımız da yer alıb. O başqa məsələ ki, Güney Azərbaycan türklərinin əksəriyyəti məlum səbəblərdən İran yığmasının uğurunu arzulamır. Təsəvvür edin ki, bir ölkənin əhalisinin təxminən yarısı (bura rejimdən əziyyət çəkən Əhvaz ərəblərini də daxil edə bilərik) yaşadıqları dövlətin futbol komandasının uğursuzluğunu istəyir. Amma sözsüz ki, bu fikri hamıya şamil etmək olmaz. Bəlkə də eyni millətin nümayəndələrinin sırasında olduğu komandaya azarkeşlik edənlər də tapılacaq.
Bəs kimdi onlar? Qonşu ölkənin baş məşqçisi Karluş Keyruşun Rusiyaya apardığı heyətə nəzər saldıq. Onlardan ən azı ikisinin türk olduğunu müəyyənləşdirdik. Kərim Ənsərifərdi oxucularımız yaxşı tanıyır. Çünki “Traktorsazi”nin İran çempionatında keçirdiyi oyunlar haqda yazılarımızda tez-tez adını çəkmişik. 2013/14 mövsümündə “qurdlar”da çıxış edən ərdəbilli hücumçu 36 oyunda 17 qola imza atıb. 7 uşaqlı ailənin sonbeşiyi olan Kərimin məhz “qırmızı-ağlar”dakı məhsuldar çıxışı legioner həyatına start verməsində böyük rol oynayıb. İspaniya “Osasuna”sına transfer olunan soydaşımız sequndada qol hesabını aça bilməsə də, istedadını Yunanıstanda nümayiş etdirir. 2015-in yayından bu ölkədə top qovur. İlk iki mövsümü “Panionios”da keçirib və 15 qolun müəllifi olub. Son iki “futbol ili”ndə isə “Olimpiakos”un şərəfini qoruyub. Yunanıstanın ən titullu klubunda 46 qarşılaşmada 22 qola imza atıb. 28 yaşlı soydaşımız İranın əsas komandasında 64 matça çıxıb və 17 dəfə fərqlənib. O, bu göstəriciyə görə Rza Quçannecadla birgə İran yığmasının 8-ci ən məhsuldar oyunçusudu. Yeri gəlmişkən, Rza da DÇ-dəki heyətdə yer alıb.
Amma onların bombardirlər sırasındakı rəqiblərindən biri də mundialın iştirakçısıdı. Söhbət millidə 33 oyuna 23 qol sığdıran Sərdar Azmundan gedir. Hansı ki bu göstəriciyə görə İranda beşincidi. 1995-in ilk günündə Günbədkavusda dünyaya göz açan türkmən futbolçunun karyerasını legioner həyatı təşkil edir. 2012-dən Rusiya premyer-liqasında forma geyir. “Rubin”lə yanaşı, icarə əsasında “Rostov”un da şərəfini qoruyub. Hesabında 137 oyuna 37 qol var. 23 yaşlı futbolçuyla bağlı maraqlı hadisəni də diqqətinizə çatdıraq. Deməli, bir müddət əvvəl İran telelanalının canlı yayınında Azmundan “gələcəkdə İrana qayıtsan, Tehranın hansı komandasında oynayarsan - “Persepolis”də, yoxsa “İstiqlal”da” deyə soruşublar. Sərdarın cavabı gözlənilməz olub: “Mənim atam türkdü. Və o mənə deyib ki, İranda yalnız türklərin komandasında – “Traktorsazi”də oynaya bilərsən”.
Adlarını çəkdiyimiz futbolçular DÇ-də qonşu ölkənin əsas qol ümidi olacaq.
Bir də kimliyi qeyri-müəyyən olanlar var. Məsələn, qapıçı Əmir Abadzadəylə müdafiəçi Məhəmməd Rza Xanzadə soydaşımız ola bilər. Çünki “zadə” sonluqlu soyadlar türklərə məxsusdu.
Ənsərifərdlə yanaşı, daha bir futbolçunun yolu “Traktorsazi”dən keçib. Ehsan Hacsafi 2011-13-cü illərdə icarə əsasında “qurdlar”ın uğuru üçün tər töküb. Sol cinah müdafiəçisi 46 oyunda 9 qolun müəllifi olub.
SƏRXAN

Oxunub: 1 149
Paylaş:
Digər xəbərlər

Aktual

27-06-2018, 13:0

Fazil Mustafa müsəlman ölkələrinin problemlərini incələdi

Aktual

29-04-2020, 15:0

Təbriz klubları İran çempionatının ləğvini istəyir

Aktual

11-06-2018, 23:0

"Traktorsazi"də Toşak dönəmi başladı

Foto

22-01-2018, 21:0

Sağlam “Traktorsazi”də yarım mövsümə 380 min dollar qazanacaq

Aktual

19-05-2019, 14:0

Mövsümü qələbəsiz başa vurdular…

Aktual
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verdi
BOS tarixində ilk yaşanıb
Son xəbərlər
  • Bu gün, 10:31
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:00
    Ayxan Abbasov sabiq komandasına güzəşt edəcək? - YENİLƏNİR
  • Dünən, 23:54
    “Saatlı bomba” işə başladı! - TƏHLİL
  • Dünən, 23:46
    “Fənərbaxça”nı seçmədim, çünki “Qalatasaray”a söz vermişdim”
  • Dünən, 23:30
    Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?
  • Dünən, 23:15
    “Qalatasaray” Bakıda gördüklərindən sonra TFF-yə üz tutacaq
  • Dünən, 22:51
    Pirlo “Yuventus”a qayıtmağın əleyhinə deyil
  • Dünən, 22:49
    Messi yığmada 100 qol vuran 3-cü futbolçu oldu - ŞƏRH
  • Dünən, 22:30
    Semih Şəntürk Arda Gülər haqda nə dedi?
  • Dünən, 22:15
    “Trabzonspor” yeni prezidentini və məşqçisini seçdi - ŞƏRH
  • Dünən, 22:07
    “Sabah”da yeni tərəfdaş
  • Dünən, 21:51
    Usik Füridən əlini üzdü, başqası ilə danışığa başladı
  • Dünən, 21:30
    Rusiyalı tennisçi daha Fransanı təmsil etmək istəyir
  • Dünən, 21:11
    Marko müstəqil adam kimi qalmaq istəyir
  • Dünən, 20:52
    MBA-da həftənin ən yaxşılarının adları bəlli oldu
  • Dünən, 20:31
    Ağabala Ramazanov: "Mən və komanda yoldaşlarım buna inanırıq"
  • Dünən, 20:15
    Millimiz Avropa çempionatına Polşada hazırlaşır
  • Dünən, 19:51
    Maşallah Əhmədov: “Bəlkə atasına görə Musaya qarşı belə münasibət gösrərirlər?”
  • Dünən, 19:30
    “Miluoki” ardıcıl 5-ci dəfə divizion lideri oldu!
  • Dünən, 19:15
    7 oyunluq qələbə seriyasına son qoyuldu
  • Dünən, 18:54
    Kvaratsxeliyadan rekord
  • Dünən, 18:25
    1-ci divizionda 22-ci tura yekun vuruldu - YENİLƏNİB
  • Dünən, 17:11
    Birinci divizion, 23-cü turun oyun cədvəli
  • Dünən, 16:50
    Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu
  • Dünən, 16:29
    Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu - "Böyük dəbilqə"
  • Dünən, 16:08
    Azərbaycan millisinin Kolumbiya ilə yoldaşlıq görüşü baş tutmayacaq?
  • Dünən, 15:57
    Polşadakı beynəlxalq turnirə qatılacaq gimnastlarımız bəlli oldu
  • Dünən, 15:26
    Mourinyo “Roma”dan gedəcək?
  • Dünən, 15:05
    Premyer-liqada işləmək istəyir
  • Dünən, 14:54
    “Real”ı tərk etmək istəyir
  • Dünən, 14:33
    Növbəti oyunda iştirak edə bilər
  • Dünən, 14:02
    “Milan” ilə yenidən anlaşdı
  • Dünən, 13:51
    Mbappenin qazancı sizi şoka salacaq
  • Dünən, 13:30
    Misli premyer-liqasında 28-ci turun hakimləri
  • Dünən, 13:09
    Sənan Qurbanov Arif Əsədovun fikrini absurd sayır – AÇIQLAMA
Daha çox
Oxunub: 5 567
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 2 911
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 894
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 837
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Oxunub: 720
"Qarabağ" - "Qalatasaray" oyununa gələcək azarkeşlərin nəzərinə!
Oxunub: 720
Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə