Sizin reklam burada

Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da

Title
Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da
Məlum olduğu kimi, Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi Naxçıvan Kuboku keçirilir. Muxtar Respublikanın Gənclər və İdman Nazirliyi ilə PFL-in birgə təşkilatçılıq etdiyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparır. Turnirin ötənilki qalibi MOİK, eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” yarışda işirak edir. Turnirə dünən start verilib.
Maraqlıdı ki, yarışdan olan şəkillərdə Əsgər Abdullayevi də gördük. Halbuki onun baş məşqçisi olduğu “Turan Tovuz” turnirə qatılmayıb. Mütəxəssisin Naxçıvanda olmasının səbəbini PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasovdan soruşduq: “Əsgər müəllim keçən il də gəlmişdi. O “Araz Naxçıvan”ın baş məşqçisi olub. Çağırıblar, kömək məqsədilə gəlib. “Araz Naxçıvan”ı oyunlara çıxarıb, qayıdacaq. Rəsmi bir şey yoxdu”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.