“Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları
İslam Abbasov: “Mayın əməkhaqqı verilməyib, müəyyən səbəblərə görə gecikmə var”
Premyer-liqanı tərk edən “Kəpəz”də bu həftə klubdaxili iclas baş tutmalıydı. Hər halda, mətbuat katibi Azad Mustafayev qəzetimizə açıqlamasında belə demişdi. Klubun gələcək planlarına, həmçinin baş məşqçinin və uşaq komandalarının aqibətinə aydınlıq gəlməliydi. Görünür, iclas yenə təxirə salınıb.
Futbolinfo.az saytı klubda başverənlərlə bağlı maraqlı faktlar əldə edib ki, yazılanları oxuyanda Gəncə təmsilçisindəki duruma acımamaq olmur: “Premyer-liqada qalmayacağı dəqiqləşən komanda strategiyasını diviziona uyğun qurur. Bu səbəbdən klubun bütün komandaları buraxılıb. 9 uşaq komandası, əvəzedici heyət bundan sonra klub tərəfindən maliyyələşməyəcək. Bu kollektivlərin məşqçiləriylə müqavilələrə iyunun 1-dən birtərəfli şəkildə xitam verilib. Təbii ki, bu, son 3 ildə formalaşdırılan uşaq komandalarının məhvinə, istedadların bir qisminin futbolu atmasına səbəb olacaq. Fürsətdən istifadə edən digər klublar “Kəpəz”in bacarıqlı yetirmələrini öz düşərgələrinə daşıyır. “Qəbələ”, “Sumqayıt”, “Qarabağ” və Bakı klubları üzdə olan yeniyetmələri heyətlərinə qatmaqdadı. Əsas komandanın taleyinə isə aydınlıq gəlməyib. Gələn həftə bu məsələyə də nöqtə qoyulacaq və Yunis Hüseynovla köməkçilərinin aqibəti bəlli olacaq. Çox güman, onlar divizionda komandanın başında saxlanılmayacaqlar. Ümumiyyətlə, AFFA “Kəpəz”dən əlini birdəfəlik çəkib. Hətta kollektiv mayın maaşını da almayıb. Assosiasiya bəhanə edərək maaşın yalnız müəyyən hissəsini ödəyəcəyini bildirib, tam məbləği isə ödəmək niyyətində deyil. Elə bu məsələ də qarşıdakı günlərdə tam aydınlaşacaq”.
Yazılanlar kifayət qədər inandırıcı və real görünür. Hər halda, “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Biz də öz növbəmizdə klubun Müşahidə Şurasının üzvü, başqa cür desək, AFFA-nın “Kəpəz”dəki nümayəndəsi İslam Abbasovla əlaqə saxladıq. Uzun illərdi assosiasiyada çalışan Abbasov məlumatların çoxunu təsdiqlədi: “Bəli, iclas olmalıdı, lakin dəqiq vaxt bilinmir. Çox güman, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. Təbii, ilk növbədə “Kəpəz”in gələcək planları, strategiyası bilinməlidi. Onsuz da birinci divizionda 9 uşaq komandası saxlamaq şərt deyil. Ona görə də ola bilsin, aşağı yaş qruplarından ibarət komandaların sayı azaldılıb. O cümlədən əsas komandanın məşqçilər heyətinin kimliyi bilinməlidi. Bu məsələ də hələ ki açıq qalır. O ki qaldı AFFA-nın “Kəpəz”dən əlini çəkməsinə, bu, həqiqəti əks etdirmir. Qurum hansısa mənada kömək göstərəcək, kluba maliyyə ayrılacaq. Maaşlara gəlincə, bəli, mayın əməkhaqqı verilməyib. Müəyyən səbəblərə görə gecikmə var. Məsələ sırf gecikmə ilə bağlıdı. Yaxın vaxtlarda hamı zəhmətlə qazandığı pulunu alacaq”.
HƏBİB

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər