Sizin reklam burada

“Heydər Əliyev kuboku”na start verildi

Title
“Heydər Əliyev kuboku”na start verildi
Nurlan Novruzov “Araz Naxçıvan”a qələbə qazandırdı
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi turnirə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə PFL-in birgə təşkilatçılıq etdiyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparır.
Turnirin ötənilki qalibi MOİK, eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” yarışda mübarizəyə qoşulub. Turnirin ilk iki oyunu dünən baş tutub. Yarışa 15 iyun Qurtuluş günündə yekun vurulacaq. Ən çox xal toplayan komanda kuboka və qızıl medallara sahib çıxacaq. Yekunda iki və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyənləşəcək.
Dünən Şərur Olimpiya Kompleksində püşkatma mərasimi keçirilib. Püşkatmada PFL-in nümayəndələri ilə yanaşı, klub rəsmiləri də iştirak ediblər. Dünən keçirilən oyunlar isə belə nəticələnib:
MOİK – Şüvəlan 1:3
Orxan Həsənov, 82-p. – Azad Kərimov, 22-öz qapısına. Akif Tağıyev, 42. Rəhman Musayev, 69 .
Zaqatala – Araz Naxçıvan 1:2
Elvin Həsənov, 47 - Nurlan Novruzov, 84; 90.
14 iyun
11.00 Şüvəlan – Araz Naxçıvan
Naxçıvan şəhər stadionu
17.30 MOİK – Zaqatala
Naxçıvan şəhər stadionu
15 iyun
11.00 Zaqatala – Şüvəlan
Naxçıvan şəhər stadionu
18.30 Araz Naxçıvan – MOİK
Naxçıvan şəhər stadionu
Oyunlar premyer-liqadan tanıdığımız hakimlərə tapşırılıb. 3 gün davam edəcək yarışda baş hakim funksiyasını İnqilab Məmmədovla Vüqar Həsənli yerinə yetirirsə, onlara İsgəndər Əliyev, Rza Məmmədov, Elşad Abdullayev və Müslüm Əliyev kömək edir. Oyunların hakim-inspektoru isə Rüfət Əliyevdi.
Maraq üçün qeyd edək ki, yarışdan öncə PFL-in prezidenti Ramin Musayev, qurumun kollektivi, turnirdə idarəçilik edən hakimlər, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Heydər Əliyevin abidəsini və muzeyini ziyarət ediblər.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.