Avroliqadan kənarda qalan “Zirə”nin yay fasiləsindəki planları bəllidi. Qəsəbə təmsilçisi iyunun 22-də Bakıda bir araya gələcək. “Qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayxan Abbasovun komandası gələn ayın 7-də öz əvəzediciləriylə, 14-də isə “Sabah”la qarşılaşacaq. İyulun 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Qəsəbə təmsilçisi burda “Koru” otelində məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə qalmağı planlaşdıran “qartallar” 4 yoxlama matçına çıxacaq. Qarşılaşmaların iyulun 18-i, 21-i, 24-ü və 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi haqda qarşıdakı günlərdə məlumat veriləcək.
FARİZ